Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisəsi.

Hind-Avropa dil ailəsinin qolu olan slavyan-german dillərinin, ədəbiyyatının, coğrafiyasının, mədəniyyətinin, tarixinin, siyasətinin araşdırılması və tədrisində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcə də bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır.

Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır.

Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Çexiya, Ukrayna, Yunanıstan, Bolqarıstan, Belarus, Slovakiya, Serbiya, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Almaniya, Böyük Britaniya, Rumıniya, Moldova, Şimali Makedoniya və digər Mərkəzi və Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır.

Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Avrasiya Universitetlər Birliyinin (EURAS), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür.

Tarixi

Sələfi BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu.

1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.

1972-ci ildə Azərbaycan SSR rəhbəri H. Əliyevin təşəbbüsü və Respublika Nazirlər Sovetinin 2 noyabr 1972-ci il tarixli 362 saylı qərarı ilə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu yaradıldı. 2000-ci ilə kimi iki ixtisas — Azərbaycan və rus dilli orta məktəblər üçün rus dili və ədəbiyyatı müəllimləri, 1996-cı ildən isə azsaylı qruplar şəklində tərcüməçi, çex, polyak və bolqar dilləri üzrə mütəxəssislər hazırlanmağa başlanıldı.1994-cü ildə beynəlxalq standartlara uyğun olaraq, institut bakalavr hazırlığı üzrə dördillik tədris planına keçdi, 1997-ci ildən isə magistratura pilləsində kadr hazırlığına başladı.

Universitet dövrü thumbnail|Rusiya və Azərbaycan prezidentləri BSU-da (10 yanvar 2001)

Azərbaycan Respublikasının Prezidenti H. Ə. Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazası genişləndirilməklə Bakı Slavyan Universiteti yaradıldı. Bundan sonra BSU Şərq bölgəsində nadir ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən ali məktəbə çevrildi.

Elə həmin il Kamal Abdulla Respublika Prezidentinin Fərmanı ilə BSU-nun rektoru təyin edildi. Onun rəhbərliyi altında bu təhsil ocağında geniş islahatlar proqramı hazırlanıb həyata keçirildi, universitetin tədris, təlim-tərbiyə, maddi-texniki bazası tamamilə yeniləşdirildi, BSU respublikanın qabaqcıl tədris müəssisələrindən birinə çevrildi. 2014-cü ildə Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edildi. 17 mart 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Asif Hacıyev Bakı Slavyan Universitetinin rektoru təyin edildi.

Rəhbərlik Bakı Slavyan universitetinin rəhbərliyi 1Rektor Anar Rüstəm oğlu Nağıyev 2Tədris işləri üzrə prorektor Ənvər Abbasov (pedaqoq) 3 Elmi işlər üzrə prorektor Nailə Xəndan 4 Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova 5 Beynəlxalq əlaqələr üzrə prorektor Aytən Bayramova

Fəxri doktorlar thumb|right|250px|Vladimir Putinə Bakı Slavyan Universitetinin fəxri doktoru adının verilməsi mərasimi thumbnail|Lex Kaçinskiyə Bakı Slavyan Universitetinin fəxri doktoru adının verilməsi mərasimi Aşağıdakı şəxslər Bakı Slavyan Universitetinin Fəxri doktorlarıdır: Rusiya Federasiyasının prezidenti Vladimir Putin Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko Bolqarıstan Respublikasının prezidenti (2002–2012) Georgi Pırvanov Yunanistan Respublikasının prezidenti (1995–2005) Konstantinos Stefanopulos Polşa Respublikasının prezidenti (2005–2010) Lex Kaçinski Ukrayna Respublikasının prezidenti (2004–2010) Viktor Yuşenko Bolqarıstan Respublikasının prezidenti (1990–1997) Jelyu Jelev Yunanıstan Respublikasının prezidenti Karolos Papulyas Rusiya Federasiyasi Federal Məclisi Federasiya Şurasinin sədri(2001–2011) Sergey Mironov Rusiya Federasiyası Dövlət Dumasinin sədri Sergey Narışkin Moskva və Bütün Rusiyanın patriarxı Zati-Müqəddəsləri II Aleksi Ukrayna Ali Radasının sədri (2000–2002) İvan Plyuş

Fakültələr Bakı Slavyan universitetində 5 fakültə fəaliyyət göstərir: Xarici dil müəllimliyi fakültəsi Filologiya fakültəsi Sosial elmlər və regionşünaslıq fakültəsi Təhsil fakültəsi Şərqi Avropa və Balkanşünaslıq fakültəsi

Pedaqoji fakültə Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsi 2000-ci ilin iyun ayında 1946-cı ildən fəaliyyət göstərən milli məktəblərdə rus dili və ədəbiyyatı fakültəsinin bazasında yaradılmışdır.

Filologiya və Xarici dil müəllimliyi fakültəsi Bakı Slavyan Universitetinin Filologiya fakültəsi 2000-ci ilin iyun ayında 1946-cı ildən fəaliyyət göstərən rus dili və ədəbiyyatı fakültəsinin bazasında yaradılmışdır. Öz elmi fəaliyyəti və yüksəksəviyyəli tədris metodikası ilə daim fərqlənən fakültəyə "Filologiya" adının verilməsi, ixtisasın elmi və praktik imkanlarının genişlənməsi tələbindən irəli gəlmişdir. 2001-ci ilin sentyabrından fakültədə filoloq (rus dili və ədəbiyyatı) ixtisası ilə yanaşı filoloq (Azərbaycan dili və ədəbiyyatı), 2005-ci ildən jurnalistika, 2008-ci ildən ilk dəfə olaraq romangerman filologiyası üzrə mütəxəssis hazırlığına başlanmışdır.

Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsi "Beynəlxalq münasibətlər", "Regionşünaslıq" və "Jurnalistika" ixtisasları üzrə tədrisin səmərəli təşkili, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, bu sahələrə aid elmi, elmi-metodik tədqiqatların sistemləşdirilməsi məqsədilə 12 oktyabr 2004-cü ildə Regionşünaslıq və tərcümə fakültəsinin bazasında "Beynəlxalq münasibətlər və regionşünaslıq" fakültəsi təsis edilmişdir. Universitet üzrə 1999-cu ildən "Regionşünaslıq", 2001-ci ildən isə "Beynəlxalq münasibətlər" ixtisasları üzrə tələbə qəbulu həyata keçirilməyə başlanmış, 2003-cü ildə "Regionşünaslıq" (rusiyaşünaslıq, yunanşünaslıq), 2005-ci ildə isə "Beynəlxalq münasibətlər" ixtisaslarına yiyələnmiş bakalavrların ilk buraxılışı olmuşdur.

Azərbaycan filologiyası fakültəsi Azərbaycan filologiyası və jurnalistika fakültəsi Bakı Slavyan Universitetinin 23.09.2011-ci il tarixli 4 saylı əmri ilə Azərbaycan filologiyası ixtisası üzrə kadr hazırlığını aparmaq, bu sahədə mövcud kadr potensialından, elmi-metodik və texniki bazadan səmərəli istifadə etmək məqsədilə yaradılıb.

Tərcümə fakültəsi Bakı Slavyan Universitetinin "Tərcümə" fakültəsi 2004–2005-ci tədris ilində fəaliyyətə başlamışdır. Fakültədə ingilis, rus, polyak, çex, alman, ukrayn, bolqar və yunan dilləri üzrə peşəkar tərcüməçilər hazırlanır. Məzunlar həm yazılı, həm də şifahi tərcüməçi kimi fəaliyyət göstərə bilirlər.

Rektorları Kamal Abdulla Asif Hacıyev Nurlana Əliyeva Anar Nağıyev

Lüğət Mərkəzi Lüğət mərkəzi 1971-ci ildə professor M. T. Tağıyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmışdır. Əsas məqsəd Azərbaycan dilinin leksikoqrafiyasında çatışmayan çoxcildli Azərbaycanca-rusca lüğətin tərtib edilməsi idi. İlk növbədə lüğətin kartotekası yaradılmağa başlandı. Bunun üçün bütün yazılı mənbələrdən

Lüğət mərkəzinin yarandığı gündən ona professor M. T. Tağıyev, sonra isə professor F. H. Hüseynov rəhbərlik etmişlər. "Lüğət mərkəzi" elmi-tədqiqat laboratoriyasinın əsas istiqaməti ikidilli lüğətlərin tərtib edilməsidir. Müasir Azərbaycan dilinin 75 min leksik vahidi və minlərlə frazeoloji birləşməsini əhatə edən ilk çoxcildli Azərbaycanca-rusca akademik lüğət bu universitetdə işıq üzü görmüşdür (1986 – 2000). Lüğətin tərtibi universitetin nəzdində fəaliyyət göstərən "Lüğət mərkəzi" elmi-tədqiqat laboratoriyasında baş tutmuşdur.

Tədris-Mədəniyyət Mərkəzləri

Rusiya Tədris və Mədəniyyət Mərkəzi "Moskva Auditoriyası" Rusiya Tədris-Mədəniyyət Mərkəzi 2002-ci ildə Moskva hökumətinin köməyi ilə yaradılmışdır. Mərkəz müasir texniki avadanlıqla kompüterlər, mini kinoteatr, interaktiv lövhə, həmçinin zəngin kitabxana fondu ilə təhciz olunmuşdur. "Moskva auditoriyası"nda tələbələrlə müntəzəm olaraq rus dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı məşğələlər keçirilir.

Mərkəzdə maraqlı şəxslərlə, şair və yazıçılarla, rus mədəniyyət xadimləri və ziyalıları ilə görüşlər təşkil edilir.

Rusiya Tədris-Mədəniyyət Mərkəzində mədəni-kütləvi və təntənəli tədbirlər, elmi seminarlar, ədəbi gecələr, müsabiqə və viktorinalar, sərgi və disputlar keçirilir.

Sankt-Peterburq Mərkəzi "Sankt-Peterburq" Mədəniyyət və Tədris Mərkəzi 2004-cü ilin noyabr ayında Bakı Slavyan Universitetinin rektoru, prof. K. M Abdullayev və Sankt –Peterburq şəhərindəki Smolnı Universitetinin rektoru akademik H. M. İmanovun təşəbbüsü və əməkdaşlığı ilə yaradılmışdır.

Rus dili və ədəbiyyatı dərslərinin keçirilməsi, Sankt –Peterburqdakı ali təhsil və mədəniyyət ocaqları ilə əlaqə saxlamaq üçün mərkəz lazım olan ləvazimatlarla təchiz olunub. Burada Sankt-Peterburqun istənilən qədim tarixi abidəsi, universiteti və kitabxanası haqqında məlumat almaq mümkündür.

Mərkəzdə Sankt-Peterburqun tarixi və mədəni irsi, şəhəri əsrlər boyu məşhurlaşdıran görkəmli insanların həyatı ilə maraqlanan BSU-nun tələbə və professor–müəllim heyəti ilə görüşlər, tədbirlər və elmi seminarlar keçirilir.

Əcnəbi tələbə və magistrantlar üçün mərkəzdə rus dili dərnəyi fəaliyyət göstərir.

Ukrayna Dili və Mədəniyyəti Mərkəzi 17.10.2001-ci ildə Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin açılış mərasimi baş tutdu. Ukrayna Tədris-Mədəniyyət Mərkəzi Bakı Slavyan Universitetnin nəzdində fəaliyyət göstərən ilk mərkəz olmuşdur.

Hazırda Ukrayna Mərkəzi Azərbaycanda Ukrayna mədəniyyətinin təbliğatı ocağı rolunu oynayır. Mərkəzin bazasında ukraynaşünas tələbələr ukrayna dili və ədəbiyyatını öyrənir, müxtəlif mədəni-kütləvi tədbirlər, Ukrayna tarixi və mədəniyyəti ilə bağlı yubiley gecələri keçirilir.