Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Haqqında Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır.

Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir.

Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər.

Maddi-texniki bazası Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir.

Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir.

Universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.

Yataqxanası Azərbaycan Texniki Universitetinin hələ ki, tələbə qəbul etmək üçün yataqxanaları yoxdur. Çünki yataqxana binalarında hazırda 114 məcburi köçkün ailəsi məskunlaşıb. Əvvəllər bu binalarda 124 məcburi köçkün ailəsi yaşayırdı, lakin onlardan 10-u son zamanlar işğaldan azad edilmiş ərazilərə köçürüldüyündən, orada 114 ailə qalmışdır.

Binaların ümumi vəziyyəti yaşayış standartlarına cavab vermir. Su, qaz və elektrik xətləri, habelə kanalizasiya sistemi məcburi köçkün ailələri tərəfindən fərdi qaydada dəyişdirilib.

Ərazidə vaxtilə fəaliyyət göstərmiş idman, sağlamlıq və ictimai iaşə obyektləri, eləcə də ətraf yollar və yaşıllıq sahələri tamamilə yararsız vəziyyətə düşüb.

Məcburi köçkün ailələrinin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın ya əsaslı təmiri, ya da sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək.

Tərkibi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci

Rektorları Mahmud Məmmədov (1950–1954) Abuzər Əliyev (1954–1961) Ənvər Qasımzadə (1962–1969) Rza Bədəlov (1968–1976) Mirzə Ağa Bağırov (1976–1989) Ramiz Qurbanov (1989–1990) Əli Sadıxov (1990–1992) Allahverdi Orucov (2 iyul 1993 – dekabr 1993) Rafiq Mehdiyev (1993–1999) Havar Məmmədov (16 mart 2017 – 13 sentyabr 2023) Xalıq Yahudov (2016 sentyabr – 31 iyul 2019) Vilayət Vəliyev (2019–)

Beynəlxalq əlaqələri Universitetin ABŞ, Rusiya, Kanada, Çin Xalq Respublikası, Almaniya, İngiltərə, Fransa, Türkiyə, İran İslam Respublikası, Malayziya, Avstriya, Polşa, Gürcüstan, Türkmənistan və s. ölkələrin universitetləri və elmi müəssisələri ilə daimi əlaqələri vardır. Universitetdə bakalavr (mühəndis) hazırlığı üçün 4 il (xarici vətəndaşlar əlavə 9 ay hazırlıq şöbəsində oxumalıdırlar), magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3–4 il vaxt norması nəzərdə tutulmuşdur.

Qafqaz Universitetlər Birliyinin üzvüdür .

Dr. A. S. Tanınmış pakistanlı maarifçi və tədqiqatçı M. İrfan-Maqsud həm də AzTU-nun beynəlxalq fakültəsinin üzvüdür.

İstinadlar

Kateqoriya:1950-ci ildə yaradılmış təhsil müəssisələri Kateqoriya:1920-ci ildə Azərbaycanda yarananlar