Yaponiya ( Nippon və ya Nihon ; keçmiş adı və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.

Yaponiya 14.125 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir.

Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Yaponiya haqqında məlumat verən ilk mənbə I əsrə aid olan Çin tarixi mətnləridir. Digər regionlardan, xüsusilə Çindən böyük təsir, həmçinin izolyasiya dövrü, daha sonra Qərbi Avropanın təsiri Yaponiya tarixini xarakterizə edir. XII əsrdən 1868-ci ilə qədər Yaponiya imperatorun naminə fəaliyyət göstərən feodal şoqunlar tərəfindən idarə olunmuşdur. Yaponiya XVII əsrin əvvəllərində uzun müddət davam izolyasiya dövrünə daxil olmuş, bu izolyasiya 1853-cü ildə ABŞ donanmasının Yaponiyaya Qərbi Avropaya açılması barədə təzyiq etməsinə qədər davam etmişdir. Təxminən 20 il davam edən daxili konfliktdən və üsyandan sonra 1868-ci ildə İmperator Meyci ölkənin hökmdarı olmuş və Yaponiya imperiya, imperator isə xalqın müqəddəs simvolu elan edilmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində — Yaponiyanın hərbi gücünün artdığı dövrdə Birinci Çin-yapon müharibəsi, Rus-yapon müharibəsi və Birinci Dünya müharibəsində əldə olunmuş qələbələr Yaponiyaya imperiya ərazisini genişləndirməyə imkan yaratmışdır. 1937-ci ildə baş vermiş İkinci Çin-yapon müharibəsi 1941-ci ildə İkinci Dünya müharibəsinin bir hissəsinə çevrilmiş, lakin Yaponiya İmperiyasının müharibəyə qatılması 1945-ci ildə Hiroşima və Naqasaki şəhərlərinə atom bombalarının atılması, sonda isə məğlub olması ilə nəticələnmişdir. 1947-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri Yaponiya imperator və seçkilərlə seçilmiş qanunverici orqan — Yaponiya parlamenti tərəfindən idarə olunan unitar, konstitusiyalı monarxiyaya malik ölkədir.

Yaponiya BMT, G7, G8 və G20-nin üzvüdür. Yaponiya böyük gücdür. Accordingly, the great powers after the Cold War are Britain, China, France, Germany, Japan, Russia, and the United States p.59 Yaponiya nominal ÜDM-ya görə dünyanın ən güclü 4-cü, alıcılıq gücünün tarazlığına görə isə dünyanın ən güclü 3-cü iqtisadiyyatına malikdir. Dövlət həm də dünyanın ən böyük 5-ci ixracatçısı və dünyanın ən böyük 5-ci idxalçısıdır. Yaponiya rəsmi olaraq müharibə elan etməmək istədiyini konstitusiyasında göstərsə də, Yaponiya dünyanın ən böyük 8-ci hərbi büdcəsinə malikdir və silahlı qüvvələrindən ancaq özünü və sülhü qorumaqda istifadə etdiyini bildirir. Yaponiya yüksək yaşayış normasına və İnsan İnkişafı İndeksinə malik inkişaf etmiş ölkədir, əhali yüksək yaşayış imkanlarından yararlanır. Ölkə körpə ölümünün ən az müşahidə olunduğu 3-cü ölkədir. Yaponiya Ölkə Brend İndeksində 1-ci, Qlobal Sülh İndeksində isə Asiya ölkələri arasında 1-ci yerdədir.Institute for Economics and Peace (2015). Global Peace Index 2015. Retrieved 5 October 2015

Etimologiya

Azərbaycan sözü olan Yaponiya sözünün, yapon sözü olan (yapon dilində Nippon və ya Nihon kimi tələffüz olunur) sözünün qədim mandarin dili və U dilindəki tələffüzündən törəndiyi güman olunur. Yaponlar özlərini , dillərini isə adlandırırlar. Azərbaycanca köhnə mənbələrdə Japon ()Sultan Məcid Qənizadə, Azərbaycanca-rusca lüğət, Bakı, 1904 (s.70) və ya Məmləkəti Japon ()Abbasqulu Xan Sərtib, Rusca-farsca-türkcə (azərbaycanca) lüğət, Tehran, 1908(s.142) ifadələrinə də təsadüf edilmişdir. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Yaponya" adlandırılmışdır.

Meyci islahatından İkinci Dünya müharibəsinin sonuna qədər ölkənin tam adı ("Böyük Yaponiya İmperiyası") idi. Müasir dövrdə adından istifadə olunur: yapon dilində Yaponiya kimi izahedici işarəsi olmayan ölkə adlarına "ölkə", "dövlət", "xalq" mənasını verən sözü artırılır. "günəş" və ya "gün" deməkdir; isə "təməl" və ya "mənşə" mənasını verir. Sözün ümumi mənası "günəşin mənşəyi" və ya "günəşin doğması" deməkdir (çinlilərin yanaşmasına görə günəş Yaponiyada doğur); buna görə də Qərbdə Yaponiya üçün "Gündoğan ölkə" adından da istifadə olunur. Nihon sözünün rəsmi istifadəsindən əvvəl Yaponiya və ya kimi tanınmışdır.

"Yaponiya" sözü qədim ticarət yolları vasitəsilə Qərbə gəlmişdir. Yaponiya sözünün qədim mandarin və ya U dilindəki tələffüzünü Marko Polo (吳語) Cipangu kimi qeyd etmişdir. U dilinin dialekti olan müasir Şanxay dialektində (Yaponiya) işarələrinin tələffüzü şəklindədir. Qədim malay dilində Yaponiya üçün istifadə olunmuş Cepanq sözü çin dilinin cənub sahilinin dialektlərindən (güman ki, Fukkin və ya Ninqpo dialektləri) alınmışdır. XVI əsrdə Malakkaya gələn Portuqaliya tacirləri bu malay sözü ilə tanış olmuşdular. Bu sözü ilk dəfə Avropaya gətirənlər portuqallar idi.C. R. Boxer, The Christian Century In Japan 1549–1650, University of California Press, 1951p. 11, 28–36, 49–51, ISBN 1-85754-035-2 İngilis dilində bu söz ilk dəfə Gaipan şəklində 1565-ci ildə qeydə alınmışdır.

Tarix

Tarix öncəsi və qədim tarix thumb|left|Əsas zalı və beşmərtəbəli paqodası dünyanın ən qədim taxta tikililərindən biri olan buddizm məbədi Horyu-ci (Yaponiyanın Milli Xəzinəsi və YUNESKO-nun Ümumdünya irsi siyahılarındadır).

Paleolit mədəniyyəti Yaponiya arxipelağının təxminən e.ə. 30.000-cu illərdə məskunlaşıldığını göstərir. E.ə. 14.000-cü ilə qədər (Comon dövrünün başlanğıcı) Yaponiyada Mezolit dövrü davam etmişdir. Neolit dövründə yarımoturaq həyat tərzi həyat keçirən, ovçuluq və yığıcılıqla məşğul olan müasir yamatoların və aynuların əcdadları peyda olmuşdur. Onlar pit-hauzlarla və ibtidai kənd təsərrüfatları ilə xarakterizə olunurlar. Bu dövrə aid tapılmış bəzədilmiş gil qablar dünyada dulusçuluq sənətinin salamat qalmış ən qədim nümunələridir. Təxminən e.ə. 300-cü ildə yayoilər Yaponiya adalarına gəlmiş və comonlarla qaynayıb-qarışmışdırlar. E.ə. 500-cü ildə başlayan Yayoi dövründə yerli əhali Çin və Koreya vasitəsilə çəltik yetişdirmək, yeni tərz dulusçuluq, metallurgiya kimi məşğuliyyətlərlə tanış olmuşdur.

Yaponiya yazılı tarixdə ilk dəfə Çin tarixi haqqında olan "Han kitabı"nda peyda olmuşdur. "Üç krallığın qeydləri"nə görə Yaponiya adalarında ən güclü krallıq III əsrdə peyda olmuşdu və Yamataikoku adlanırdı. Yaponiya buddizm ilə ilk dəfə Koreyadakı Bekçe krallığı vasitəsilə tanış olmuşdur, amma bu dinin Yaponiyadakı sonrakı inkişafı əsasən Çin ilə əlaqədardır. İlk vaxtlarda bu dinə qarşı müqavimət olsa da, hakim sinif buddizmi Yaponiyada yaya bilmişdir və Asuka dövrünün (592–710) əvvəllərində buddizm geniş şəkildə yayılmışdır.

Nara dövründə (710–784) Heyco sarayında (müasir Nara şəhəri) mərkəzləşdirilmiş güclü Yaponiya dövlətinin yaradılması qeyd edilir. Nara dövrü ədəbiyyatın peyda olması, eləcə də buddizm incəsənəti və memarlığın inkişafı ilə xarakterizə olunur. 735–737-ci illərdə çiçək xəstəliyi səbəbindən Yaponiya əhalisinin 1/3 hissəsinin öldüyü güman olunur. 784-cü ildə İmperator Kanmu Kiotonun 794-cü ildə paytaxt elan edilməsindən əvvəl paytaxtı Naradan Naqaoka-kyoya köçürmüşdür.

thumb|Monqolların Yaponiya yürüşləri zamanı samuraylar monqollar ilə qarşılaşırlar. Kamikadze (baş vermiş iki tayfun) sayəsində Yaponiyanın monqol donanmasından xilas olduğu rəvayət olunur. Heyan dövrünün (794–1185) əvvəllərində — Yaponiyanın yerli mədəniyyətinin açıq-aşkar meydana çıxdığı dövrdə incəsənət, şeriyyət və nəsrin inkişafı ilə seçilir. Murasaki Şikibunun "Gencinin hekayəsi" romanı və müasir Yaponiyanın milli himni olan "Kimiqayo" bu dövrdə yazılmışdır.

Heyan dövründə buddizmin iki məzhəbi yayılırdı: Sayçonun yaydığı Tendai buddizmi və Kukainin yaydığı Şinqon buddizmi. XI əsrin ikinci yarısında Yaponiyada Təmiz torpağın buddizmi (Codo-şu, Codo Şinşu) geniş populyarlıq qazanmışdır.

Feodalizm dövrü Yaponiyada feodalizm dövrü döyüşçü hakim sinfin — samurayların peyda olması və üstünlük təşkil etməsi ilə səciyyələnir. 1185-ci ildə Qenpey müharibəsində ("Heykenin hekayəsi"də adı çəkilir) Tayra klanın məğlub olmasından sonra samuray Minamoto no Yoritomo imperator Qo-Toba tərəfindən şoqun təyin olunmuş və Kamakurada güc bazası yaratmışdır. Onun ölümündən sonra Hoco klanı hakimiyyətə gəlmişdir. Kamakura dövründə (1185–1333) Yaponiya Çin vasitəsilə buddizmin Dzen cərəyanı ilə tanış olmuşdur və bu cərəyan samuray sinfi arasında geniş yayılmışdır. Kamakura şoqunluğu 1274 və 1281-ci illərdə monqol işğallarını dəf etmişdir, amma sonda İmperator Qo-Dayqo tərəfindən devrilmişdir. Qo-Dayqo 1336-cı ildə Aşikaqa Takauci tərəfindən məğlubiyyətə uğradılmışdır.

thumb|left|Samuray ən kiçik təhqirə görə adi insanı öldürə bilərdi. Edo dövrü, 1798. Aşikaqa Takauci Kiotoda — Muromaçidə yeni şoqunluq yaratmışdır. Bu, Muromaçi dövrünün (1336–1573) başlanğıcıdır. Aşikaqa Yoşimitsunun dövründə Aşikaqa şoqunatı böyük əzəmətə nail olmuşdur və Dzen buddizmi əsasında yaranmış mədəniyyət (Miyabi incəsənəti) müvəffəqiyyətə nail olmuşdur. Bu mədəniyyət daha sonra inkişaf edərək Hiqaşiyama mədəniyyətinə çevrilmişdir və XVI əsrə qədər çiçəklənməyə davam etmişdir. O biri tərəfdən, Aşikaqa şoqunatı feodal qoşun başçılarını (daimyo) nəzarətdə saxlaya bilməmişdir. Nəticədə, 1467-ci ildə bir əsr davam edəcək Senqoku dövrünün ("Döyüşən dövlətlər") başlanğıcı olan vətəndaş müharibəsi (Onin müharibəsi) başlamışdır.

XVI əsrdə portuqaliyalı tacirlər və Yezuit missionerləri ilk dəfə Yaponiyaya çatmış və Yaponiya ilə Qərb arasında ticarət və mədəniyyət mübadiləsinin əsasını qoymuşdurlar. Bu, Oda Nobunaqaya Qərb texnologiyası və silahları ilə tanış olmağa imkan yaratmış və onlardan digər daimyolara hücum etməkdə istifadə etmişdir. Onun güc birləşdirməsi Azuçi-Momoyama dövrünün (1573–1603) başlanğıcı oldu. 1582-ci ildə Odanın öldürülməsindən sonra varisi Toyotomi Hideyoşi 1590-cı ildə ölkəni birləşdirmiş, 1592 və 1597-ci illərdə Koreyaya iki uğursuz yürüş etmişdir.

thumb|Yaponiyanın yenidən işlənmiş xəritəsi. Hideyoşinin oğlunun naibi olan Tokuqava İeyasu mövqeyindən istifadə edərək siyasi və hərbi dəstək əldə etmişdir. Açıq müharibə başladıqda Tokuqava İeyasu 1600-cü ildə Sekiqahara döyüşündə rəqib klanları məğlub etmişdir. Tokuqava İeyasu 1603-cü ildə şoqun elan edilmiş və Edoda (müasir Tokio) Tokuqava şoqunatının əsasını qoymuşdur. Tokuqava şoqunluğu müstəqil daimyolara nəzarət etmək üçün buke şohatto kimi tədbirləri həyata keçirmişdir. 1639-cu ildə izolyanist sakoku ("qapalı ölkə") siyasəti təxminən iki əsr yarım davam etmiş və bu dövr tarixə Edo dövrü (1603–1868) kimi düşmüşdür. Ranqaku kimi tanınan Qərb elmlərinin öyrənilməsi Decima və Naqasakidəki holland anklavı vasitəsilə davam etmişdir. Edo dövründə həm də kokuqaku ("milli təhsil") inkişaf etmişdir.

Müasir dövr 31 mart 1854-cü ildə kommodor Metyu Kelbreyt və ABŞ hərbi donanmasının "Qara gəmilər"i Kanaqava müqaviləsi əsasında Yaponiyanı xarici dünyaya açılmağa məcbur etmişdir. Bu hadisədən sonra Bakumatsu dövründə Qərb ölkələri bağlanan bənzər müqavilələr iqtisadi və siyasi böhranlara səbəb olmuşdur. Şoqunun hakimiyyətdən əl çəkməsi Boşin müharibəsini başlatmış və mərkəzləşdirilmiş dövlət formal olaraq imperatorun hakimiyyəti altında birləşdirilmişdir (Meyci islahatı).