Yusif Vəzir Çəmənzəminlinin evi — Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış binası. Yaşayış binasında аzərbaycanlı dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasında ilk səfiri Yusif Vəzir Çəmənzəminli yaşamışdır. Tarixi Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış binası Azərbaycan yazıçısı, tarixçi, dramaturq, folklorşünas və siyasi xaim Yusif Vəzir Çəmənzəminlinin evi kimi tanınır. Şuşa şəhərinin Hamamqabağı məhəlləsində yerləşir. Memarlıq abidəsi XVIII əsrə aiddir. Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsindən sonra abidəni məhv etmişlər. Hazırda binanın xarabalıqları qalmaqdadır.
İstinadlar
Kateqoriya:Şuşa abidələri Kateqoriya:Yusif Vəzir Çəmənzəminli Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşa muzeyləri Kateqoriya:Şuşadakı evlər Kateqoriya:XVIII əsrdə tamamlanmış evlər