Futbol üzrə 2-ci Avropa çempionatı — 1964-cü il 17-21 iyun tarixində İspaniyada keçirilən futbol yarışı. Çempionatın qalibi finalda SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edən ev sahibi İspaniya milli futbol komandası olmuşdur. İlk çempionatda 17 olan iştirakçı sayı, bu çempionatda 29-a çıxmışdır.
Reqlament Turnir pley-off sisteminə uyğun keçirilmişdir. 29 komanda çempionatda iştirak etmək üçün ərizə vermişdir (Yunanıstan millisi püşkatmadan sonra iştirakdan imtina etmişdir). SSRİ, Avstriya və Lüksemburq milliləri turnirə birbaşa ikinci mərhələdən başlama hüququ əldə etmişlər. Yarımfinallara qədər komandalar bir-birləri ilə iki oyun keçirmişlər (evdə və səfərdə). Turnirin final mərhələsinə vəsiqə qazanan dörd komanda çempionatın bu mərhələsinin keçiriləcəyi ölkəyə toplaşmışlar. Ev sahibi ölkə isə final mərhələsində iştirak edəcək dörd komanda məlum olandan sonra bu komandaların mənsub olduqları ölkələrin içindən seçilmişdir.
Tarixi Lüksemburq millisi bütün turnirin sensasiyası hesab edilmişdir. 1/8 final mərhələsində lüksemburqlular Niderland milli futbol komandasını iki oyunun nəticələrinə görə (1:1, 2:1) məğlub etmiş, 1/4 finalda isə Danimarka milli futbol komandasına sadəcə əlavə oyunda 0:1 hesabı ilə məğlub olmuşdur. Turnirin final mərhələsinə Danimarka millisi ilə yanaşı SSRİ, İspaniya və Macarıstan milliləri də vəsiqə qazanmışlar.
Birinci yarımfinalda SSRİ millisi danimarkalıları Barselonada 3:0, İspaniya millisi isə macarları Madriddə oyuna əlavə olunmuş vaxtda 2:1 hesabı ilə məğlub etmişdir. Madriddəki Santyaqo Bernabeu stadionunda keçirilən final oyununda ev sahibi İspaniya Marselinonun oyunun sonunda vurduğu qol hesabına SSRİ üzərində 2:1 qələbə qazanmışdır.
İştirakçılar
Şəhərlər və stadionlar <center> {| class="wikitable" style="text-align:center" |- ! Madrid ! Barselona |- | Santyaqo Bernabeu | Kamp Nou
| Tutumu: 110 000 | Tutumu: 90 000 |- | 150px | 150px |- !colspan="6" ||}
Seçmə mərhələsi oyunları
Komandaların heyətləri
Final turniri YarımfinallarFinal 17 iyun (əlv. vaxt)2 1 21 iyun 2 1 Üçüncü yer17 iyun20 iyun3 (əlv. vaxt)3 0 1
1/2 final
3-cü yer uğrunda oyun
Final
Avropa çempionu1964Birinci titul
Bombardirlər 2 top Ferents Bene Dejö Novak Xesus Mariya Pereda
Simvolik yığma komanda Q Lev Yaşin M Felisyano Rivilya M Dejö Novak M İqnasio Soko M Ferran Olivelya Ym Amansio Amaro Ym Valentin İvanov Ym Luis Suares Miramontes H Ferents Bene H Xesus mariya Pereda H Florian Albert Mənbə: UEFA
İstinadlar
Xarici keçidlər UEFA-nın saytı RSSSF saytında çempionatın statistikası UEFA Avropa çempionatlarının tarixi. 1964. İspaniya İspaniyada biz ikinciyik
Həmçinin bax
Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:İspaniyanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:1964-cü ildəki hadisələr Kateqoriya:1964-cü ildə İspaniya Kateqoriya:1963/1964 mövsümündə Avropada futbol Kateqoriya:1963/1964 mövsümündə İspaniyada futbol