Dezoksiriboza ― daha dəqiq, 2-dezoksiriboza H−(C=O)−(CH2)−(CHOH)3−H formullu monosaxariddir. Dezoksiriboza şəkərinin riboza şəkərindən fərqi, adından da görsəndiyi kimi, C2-də olan oksigen atomu əskikliyidir. Həmçinin Arabinoza və riboza şəkərləri də C2-nin stereoizomerliyinə görə fərqlənirlər, lakin Dezoksiriboza ribozadan istehsal olunduğu üçün biz onu 2-dezoksiarabinoza adlandıra bilmərik.

Tarixi Dezoksiriboza 1929-cu ildə Fobus Levene tərəfindən kəşf olunmuşdur. Fobus Levene həmçinin, RNT və DNT-ni xarakterizə etmiş, D-ribozanı, DNT-nin tərkibinin adenin, quanin, timin, sitozin azot əsasları, dezoksiriboza və fosfat qrupundan ibarət olduğunu tapıb. 300px|thumb|right|D-dezoksiriboza və L-dezoksiriboza

Strukturu Dezoksiribozanın bütün hidroksid qrupları(−OH) Fişer proyeksiyasında eyni tərəfdədir. Fişer proyeksiyasındakı hansı tərəfdə yerləşməsinə görə 2 enantiomerə bölünür: bioloji əhəmiyyətli 2-dezoksi-D-riboza və nadir hallarda rast gəlinən, güzgü əksi olan 2-dezoksi-L-ribozaC Bernelot-Moens and B Demple (1989), Multiple DNA repair activities for 3′-deoxyribose fragments in Escherichia coli. Nucleic Acids Research, Volume 17, issue 2, p. 587–600. . Dezoksiriboza aldehid qrupundan və 5 karbon atomundan ibarət monosaxarid və ya aldopentozadır. Suda məhlulunda Dezoksiriboza əsasən bu 3 quruluşda olur: xətti quruluş(~0.7%), 5-li halqalı quruluş (deoksiribofuranoza; ~25%) və 6-lı halqalı quruluş (deoksiribopiranoza; ~75%). 300px|thumb|left|Dezoksiribozanın məhlulda kimyəvi tarazlığı

Bioloji əhəmiyyəti 2-dezoksi-D-riboza orqanizmin əksər hüceyrələrində irsi məlumatların daşıyıcısı olan DNT-nin tərkibini təşkil edir.C. Michael Hogan. 2010. Deoxyribonucleic acid. Encyclopedia of Earth. National Council for Science and the Environment. eds. S. Draggan and C. Cleveland. Washington DC DNT spiral halında burularaq bir-birinə sarılmış iki polimer zəncirdən ibarətdir və hər bir zəncir nukleotidlərdən ibarətdir. Nukleotid Fosfat qrupundan və nukleosiddən, nukleosidlər isə pentoza(2-desoksiriboza) və amin qrupdan təşkil olunub. Amin qrupu dezoksiribozanın C1 karbonuna, Fosfat qrupu isə iki şəkərə- birinə C3-dən, digərinə isə C5-də, hidroksil qrupunu əvəz edərək birləşir.

Sintezi

İstinadlar

Kateqoriya:Monosaxaridlər