ATR 72 – Fransız-İtalyan şirkəti olan ATR tərəfindən istehsal olunmuş cüt turbo-pəvanəli regional təyyarədir. 62-74 sərnişin oturma yeri olan təyyarə tək sinif konfiqurasiyasına malikdir.

Qəzalar və İnsidentlər

American Eagle Airlines, reys 4184, 31 oktyabr 1994 Rozenlou, İndiana ştatı, ABŞ. Qəzanın səbəbi: buz bağlaması. Qəzadan sonrakı dövrdə həm ATR şirkəti (buz əleyhinə səthin çəkilməsi), həm də American Eagle və Delta Connection şirkətlərinin (təyyarələrin ancaq xüsusi coğrafi şəraitdə – daha cənub zonalarda istifadəsi) gördüyü tədbirlərə baxmayaraq, təyyarə qanadlarının buz bağlaması səbəbindən qəza və insidentlər təkrarlanmışdır (Trans Asia Airways yük reysi 79, 21 dekabr 2002 və 2009-cu ildə daha kiçik ölçülü ATR-42 qəzaları). American Eagle Airlines reys 5401, 9 may 2004 San-Xuan, Puerto-Riko. Eniş zamanı qəzaya uğramışdır. 17 nəfərin xəsarət almasına baxmayaraq, hadisə nəticəsində ölən olmamışdır. Rusiyanın UTair şirkətinə məxsus UT-120 nömrəli reys üzrə Tümendən Surquta uçan təyyarə havaya qalxdıqdan dərhal sonra yerə çırpılmış və nəticədə 39 sərnişin və 4 heyət üzvü olan təyyarədə 31 nəfər hadisə yerində həlak olmuş, 2 nəfər isə bir neçə gün sonra xəstəxanada vəfat etmişdir. Hadisənin səbəbi kimi təyyarənin səthinin buz bağlaması və piotların qəza anında düzgün qərar qəbul etməməsi göstərilir.ATR-72 — Beynəlxalq Aviasiya Komitəsi

İstifadəçilər Air Dolomiti American Eagle Airlines (39) Azərbaycan Hava Yolları (4)ATR 72-500 AZAL Binter Canarias (13) FedEx Express (13) Delta Connection-Atlantic Southeast Airlines (12) Kingfisher Airlines (12) Air New Zealand (11) Mount Cook Airline as a subsidiary of Air New Zealand (11) Aer Arann (10) Alitalia Express (10) Jet Airways (10) TransAsia Airways (10) Vietnam Airlines (10)

Xüsusiyyətləri

Ümumi xüsusiyyətləri

Ekipaj: 4 nəfər (2 pilot + 2 təyyarə bələdçisi) Sərnişin sayı: 62 – 74 nəfər Uzuluğu: 27,166 mm Qanad eni: 27,050 mm Hündürlüyü: 7,650 mm Qanadların sahəsi: 61,0 m² Boş çəkisi: 13 500 kq Dolu çəkisi: 22 670 kq Maksimal yüksəlmə çəkisi: 22 800 kq Mühərrik: 2 × Pratt & Whitney (Kanada) PW127M turbopropeller, 1 846 kV (hər biri 2 475 at gücu)

Göstəricilər

Kreyser sürəti: 507 km/s Maksimal uçuş məsafəsi: 1 650 km Uçuş yüksəkliyi: 7 620 m

Qaleriya

İstinadlar

Kateqoriya:Fransa təyyarələri Kateqoriya:İtaliya təyyarələri Kateqoriya:Sərnişin təyyarələri