Yunis Hüseynov () — hazırda "Turan Tovuz"da köməkçi məşqçi vəzifəsini icra edən azərbaycanlı futbol mütəxəssisi.

Həyatı Yunis Hüseynov 1965-ci ildə Kirovabad şəhərində anadan olub (əsli Ordubadın Dəstə kəndindəndir). Futbolla uşaq yaşlarından elə orada məşğul olmağa başlayıb. İlk məşqçisi Konstantin Abramenko olub. Futbolçu karyerasınam Gəncədə — "Kəpəz" klubunda başlayıb. Daha sonra, 1984-cü ildən Bakının "Neftçi" klubunda oynamağa başlayıb. O zaman "Neftçi" keçmiş SSRİ çempionatının güclülər dəstəsində çıxış edirdi. Y. Hüseynov iki dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

1992–93-cü illərdə karyerasını İranda davam etdirən Hüseynov sonra yenidən "Neftçi"yə qayıdıb.

O, 1993–1998-ci illərdə Azərbaycan milli komandasında çıxış edib. 2001-ci ildə Yunis Hüseynov böyük futbolda karyerasını başa vururb və məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. 2004–2005-ci illərdə Yevlaxın Karvan futbol klubunun baş məşqçisi olub. Məhz onun rəhbərliyi altında "Karvan" milli çempionatda bürünc medal qazanıb.

Y. Hüseynov 2012-ci ildə "Xəzər-Lənkəran" 2019-cu ildə "Kəpəz" 2020-ci ildə isə "Keşlə" klubunun baş məşqçisi işləyib.

13 noyabr 2024-cü ildə "Turan Tovuz" klubunda köməkçi məşqçi təyin olunub.

Aynur Sofiyevanın həyat yoldaşıdır.

Uğurları Azərbaycanda ilin futbolçusu: (2) — 1994, 1998

İstinadlar

Xarici keçidlər 20px|link=YouTube İlkin Fikrətoğlu: Azərbaycan futbolunun ən yaxşı solaxayı - VİDEOSÜJET “İnsan daim öyrənməyə, kamilləşməyə can atmalıdır”

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Xəzər-Lənkəran FK-nın baş məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular