thumb|344x344px|Banqladeşin İnzibati bölgüsü

Banqladeş (benq. বাংলাদেশ ) və ya rəsmi adı ilə Banqladeş Xalq Respublikası (benq. গণপ্রজাতন্ত্রী বাংলাদেশ) — Cənubi Asiyada dövlət. Banqladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildən müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Dəkkə şəhəri, ümumi sahəsi 147,570 kvadrat kilometrdir.

Adın etimologiyası Benqalların dillərində — "Benqaliya ölkəsi" deməkdir.

Tarixi

Banqladeş 1971-ci ilə kimi Pakistanın "Şərqi Pakistan" adlı əyaləti idi. Daha əvvəllər isə ingilislərin Benqal əyaləti olmuşdur.

12-ci əsrdən 1757-ci ilə kimi Müsəlmanların idarəsində olmuşdur. 1757–1905-ə kimi isə ingilislərin hakimiyyəti altına düşmüşdür. 1947-ci ildə Pakistanın "Şərqi Pakistan" əyaləti oldu. Bu 1969-cu ilə kimi davam etdi. Daha sonra 1971-ci ildə üçüncü Hindistan-Pakistan müharibəsi başlayır. 1971-ci il dekabrda müharibə başa çatdıqdan sonra Hindistan artıq Şərqi Pakistanın böyük bir hissəsini işğal etmişdi. 1971-ci il 22 dekabrda Mucibur Rəhmanın başçılığı ilə Banqladeş Müsəlman Xalq Cumhuriyyəti yaradılır və Hindistan buranı tərk edir. 15 avqust 1975-ci ildə Mucibur Rəhman ailəsi ilə birlikdə öldürüldü. İdarəni Qəndəhar Mustak Əhməd ələ keçirdi.

Coğrafiya Banqladeşin sahəsi 147,570 km²-dir .

Hökumət

Dövlət quruluşu Banqladeşin dövlət quruluşu parlamentli respublikadir.

İnzibati ərazilər 64 dairəni (zilanı) özündə birləşdirən, paytaxt Dəkkə şəhərinin də daxil olduğu 8 inzibati rayona (Dəkkə, Çittaqonq, Kxulna, Narayanqanc, Racşaxi, Silxet, Barisal, Ranqpur və Mymensinqh ) bölünür.

Silahlı qüvvələr

İllik hərbi xərcləri — US$4.06 billion (2020)

İqtisadiyyat Banqladeş, dünyanın ən kasıb, ən çoxmillətli və ən az inkişaf etmiş ölkələrindən biridir. İqtisadiyyatının əsasını kənd təsərrüfatının yeganə önəmli sahəsi olan düyü istehsalı tutur. Pul vahidi "TAKA" dır.

Demoqrafiya 98 faiz benqal, 250.000 bihari, 1.000.000 nəfərə yaxın yerli icmalar.

Dil Banqla, İngilis.

Din Banqladeş Xalq Respublikasında əhalinin əksəriyyətini (85 faizini) müsəlmanlar təşkil edir. Əsasən sünniliyin hənəfi məzhəbi tərəfdarlarıdır. Az sayda şiələr, o cümlədən ismaililər vardır. Ölkədə çoxlu hinduist yaşayır (13,5 %). Bununla yanaşı buddistlər (439 min nəfər) və xristianlar (150 min nəfər), protestant və katoliklər (150 min nəfər) vardır. Buddistlərə tibet-birma xalqları, xristianlara qaro qəbiləsi aiddir. Ölkənin bir sıra rayonlarında qəbilə dinləri qorunub saxlanır.

İstinadlar

Mənbə

Həmçinin bax Dəkkə Benqal dili Banqladeş Qırmızı Aypara Cəmiyyəti Banqladeş tüfəngçilər qiyamı (2009)

Xarici keçidlər rabitadunyasi.info.az

Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Britaniyanın keçmiş müstəmləkələri Kateqoriya:Unitar respublikalar