Mükəmməl (Perfect) — 1985-ci ildə çəkilmiş amerikan romantik dram filmi.
Mövzu Adam Lavrens uğurlu jurnalistdir, məqalələri maraqla oxunur. Çox böyük şirkət rəhbəri olan Makkenzidən müsahibə almaq üçün Koliforniyaya uçur və orada fərqli bir məqalə yazmaq fikrinə düşür. Bu məqalə gimnastika salonlarının qadın və kişilərin ortaq görüşmə yerlərinə çevrilməsi və əxlaqsız yer olmaları haqqında olmalı idi. Ancaq məqalə üçün getdiyi salonda gimnastika müəllimi işləyən Ceniyə vurulur. Amma münasibətləri heç də stabil deyildi.
Adam kluba üzv olur və klub üzvlərini burada yaşadıqları sevgi macəralarından danışmaları üçün razı salır. Bəzi qızlar (məsələn, Linda və Sali) bu barədə danışmaqda həddində artıq səmimi olurlar. Sonrakı gedişatda Adam işi və sevgisi arasında qalır. Adam çox sensasiya doğuracaq məqalə yazmır. Ancaq bu məqalə müdiri tərəfindən qəbul olunmur. Adamdan xəbərsiz məqalə yenidən yazılır və burada utancverici fikirlər yer alır.
Filmin sonrakı gedişatında Adamdan məhkəmə yolu ilə Makkenzi ilə olan müsahibəsinin səs yazıları istənilir. Səs yazılarını verməmək təkidi səbəbindən Adamı həbs olunur, ancaq qısa müddətdən sonra azadlığına qovuşur və Cesi isə yenidən barışır.
İstinadlar
Kateqoriya:1985-ci ilin filmləri Kateqoriya:İnformatika haqqında filmlər Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Jurnalistlər haqqında filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər