Külcə hadisəsi və ya Külcə qətliamı (çincə: 伊宁事件) — 1997-ci il tarixində Sintszyan-Uyğur Muxtar Rayonuna tabe olan Külcə şəhərində baş vermiş etiraz nümayişləridir.
Haqqında Etirazları 30 uyğur müstəqillik tərəfdarının edam edilməsi və ənənəvi Uyğur mədəniyyəti ünsürlərini yenidən canlandırma cəhdlərinə mane olma xəbərləri daha da alovlandırdı. Bu qadağalara məşrəp olaraq da bilinən ənənəvi toplantılar da daxil idi. Etirazçıların dini şüarlar səsləndirdiyi və "Müstəqil Şərqi Türküstan" deyə bağırdığı etirazlar iki gün davam etmiş və ardından 5 fevral 1997-ci ildə yüksək təzyiqli su və gözyaşardıcı qazla dağıdılmışdır. Nümayişlər polis və Çin Xalq Azadlıq Ordusu tərəfindən silahla yatırıldı. Rəsmi hesabatlar ölü sayının 9 olduğunu açıqlasa da, müxaliflərə görə, hadisələr zamanı 100-dən çox insanın həyatını itirdiyi təxmin edilməkdədir. Həmçinin bax 2009-cu il Urumçi iğtişaşları İstinadlar
Kateqoriya:Çin tarixi Kateqoriya:Uyğur tarixi Kateqoriya:Uyğur soyqırımı Kateqoriya:1997-ci ildəki münaqişələr Kateqoriya:Millətlərarası münaqişələr