Dinamo əməliyyatı (), Dünkerk əməliyyatı, Dünkerk möcuzəsi (), və ya Dünkerk təxliyəsi () — İkinci Dünya müharibəsi dövründə Fransa hərbi kampaniyası zamanı Dünkerk döyüşündən sonra Almaniya hərbi qüvvələri tərəfindən Dünkerk şəhəri yaxınlığında mühasirəyə alınmış ingilis, fransız və Belçika hərbi birliklərinin dəniz yolu ilə təxliyə əməliyyatı. Evakuasiya əməliyyatı 26 may — 4 iyun 1940-cı il may ayının 26-dan iyun ayının 4-ə qədər davam etmişdir. Altı həftəlik Fransa döyüşləri zamanı çox sayda Belçika, İngiltərə və Fransa hərbi bölmələri Almaniya qoşunlarının mühasirəsinə düşdükdən sonra əməliyyatın başlanılması qərara alındı. Britaniya İmperiyasının Baş naziri Vinston Çörçill İcmalar Palatasında çıxışında bunu "böyük bir hərbi fəlakət" adlandırdı və "İngiltərə ordusunun bütün özəyinin, əsasının və beyni"nin Dünkerkdə mühasirədə qaldığını və onun məhv olmaq ya da ələ keçirilmək təhlükəsi yaranığını söyləmişdi. İyunun 4-də etdiyi "çimərliklərdə döyüşəcəyik" çıxışında Çörçill onların xilas edilməsini "qurtuluş möcüzəsi" olaraq qiymətləndirmişdi.
Nasist Almaniyası 1939-cu ilin sentyabrında Polşanı işğal etdikdən sonra Fransa və Böyük Britaniya İmperiyası Üçüncü Reyxə müharibə elan etdilər və onu iqtisadi blokadaya saldılar. Böyük Britaniya Ekspedisiya Qüvvələri (BEQ) Fransanın müdafiəsinə kömək üçün qitəyə göndərildi. Avropada baş verən Qəribə müharibədən sonra Almaniya Belçika və Hollandiyanı işğal etdi və 1940-cı il mayın 10-da Fransaya hücum etdi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. 1940-cı il mayın 18-də Britaniya qüvvələrinin komandanı Lord Qort ilk dəfə müttəfiq qüvvələrin Britaniya adalarına evakuasiyası məsələsinə baxılmasını açıq şəkildə təklif etdi.
Mayın 23-də "A" Ordu Qrupunun komandanı general Gerd fon Rundştedt tərəfindən dayandırma əmri verildi. Adolf Hitler ertəsi gün bu əmri təsdiqlədi və Almaniya Ali Komandanlığının təsdiq əmrini cəbhəyə göndərdi. Əmr Fransa və Belçika ordularının evakuasiyası günü mayın 26-da ləğv edilənə qədər Lüftvaffedə qaldı. Bu müttəfiq qüvvələrə müdafiə işləri qurmağa və Dünkerk döyüşü üçün çox sayda əsgəri geri çəkməyə vaxt verdi. 28–31 may tarixlərində Lill mühasirəsində, Fransa Birinci Ordusunun qalan 40.000 əsgəri, üç zirehli diviziya da daxil olmaqla, yeddi Alman diviziyasına qarşı qəhrəmanlıqla müqavimət göstərdi.
Evakuasiyanın ilk günündə yalnız 7669 müttəfiq əsgəri təxliyə edildi, lakin səkkizinci günün sonunda 800-dən çox gəmidən ibarət tələsik yığılmış bir donanma ilə ümumilikdə 338,226 min nəfər xilas edildi. Təxliyə əməliyyatında Britaniya Kral Donanmasının 39, Kanada Kral Donanmasının 4, ən azı üç Fransa Donanması hərbi gəmisi və müxtəlif mülki ticarət gəmiləri iştirak etmişdi. Təxliyə məqsədi üçün Müttəfiq komandanlığı dəniz və ticarət donanmalarının bütün mövcud gəmilərini səfərbər etmişdi. Bu əməliyyata 693 Britaniya və təxminən 250 Fransa gəmisi cəlb olunmuşdu. Təxliyə zamanı Fransa 68.000 əsgərini itirdi və demək olar ki, bütün tanklarını, maşınlarını və hərbi avadanlığını sahildə qoymalı oldu. Çörçil iyunun 4-də ki, çıxışında ölkəyə səslənərək "bu qurtuluş əməliyyatına qələbə anlayışı verməmək üçün çox diqqətli olmalıyıq. Müharibələr təxliyələr ilə qazanılmaz" demişdi.
Əməliyyat planını hazırlayan və ona rəhbərlik edən kontr-admiral Bertram Remzi olmuşdur.
Tarixi 1939-cu ilin sentyabrında Almaniya Polşanı işğal etdikdən sonra Böyük Britaniya Ekspedisiya Qüvvələri (BEQ) Fransanın müdafiəsinə kömək üçün Şerbur-an-Kotantenə Nanta və Sen-Nazerə göndərildi. 1940-cı ilin may ayına qədər Fransadakı Britaniya qüvvələri general Con Verekerin komandanlığı altında üç korpusdan ibarət on diviziya təşkil edirdi. BEQ-i ilə döyüşlərdə iştirak edən Belçika Ordusu və Fransanın Birinci, Yeddinci və Doqquzuncu Ordusu idi.
1930-cu illərdə Fransanın hərbi naziri olmuş A. Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində uzunmüddətli fortifikasiya qurğuları sistemi tikildi. Bu istehkamlardan ibarət müdafiə sisitemi nazirin adı ilə Majino xətti adlandırıldı. Xətt 1929–1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilmişdi. Lonqüyondan (Lonqvi yaxınlığında) Belfora qədər keçən əsas müdafiə zolağına, uzunmüddətli qurğular daxil idi və cəbhə boyu 400 km yaxın, dərinliyə isə 6–8 km idi. Onun qarşısında 4–14 km dərinlikdə təchizat zolağı yerləşirdi. Qoşunların idarəsinin asanlığı və müdafiənin yüksək dayanıqlığı üçün Majino xətti istehkam rayonlara və sektorlara bölünmüşdü. Bu xətt Almaniyanın Fransa-Almaniya sərhədindən keçməsini dayandırmaq və Belçikaya ola biləcək hücumun qarşısını almaq və yaxud ləngitmək üçün tikilmişdi. Bu müddətdə isə Fransa ordusunun ən yaxşı bölmələri buraya gətiriləcəkdi. Beləliklə, gələcək hər hansı bir müharibə Birinci Dünya müharibəsinin təkrarlanmasının qarşısını alaraq Fransa ərazisindən kənarda baş verəcəkdi. Majino xəttinin şimalındakı ərazi, Fransa generalı Filipp Petenin "xüsusi müddəalar" alındığı müddətcə "keçilməz" elan etdiyi sıx meşə ilə örtülmüş Ardenn bölgəsi ilə əhatə olunmuşdu. O, meşədən hər hansı bir güclü hücumun təşkil oluna bilməyəcəyinə əmin idi. Fransa ordusunun baş komandanı Moris Hamelin də bölgənin təhlükəsiz olduğuna əmin olaraq, "ordan heç vaxt böyük əməliyyatlar təşkil edilə bilməz" deyə qeyd edirdi. Üstəlik Fransa-Belçika sərhədində istehkamların olmaması rəqibə Majino xəttini şimaldan yandan keçmək imkanı verirdi. Bütün bunlar ərazinin müdafiəsiz qalmasına gətirib çıxardı.
250px|thumb|right|1940-cı il mayın 21-nə olan vəziyyət; Çəhrayı rəngdə olan ərazilər Almaniya qüvvələrinin nəzarətində olan yerlərdir
Almaniyanın ilk hücum planına görə ilk olaraq Belçika və Hollandiya işğal olunmalı və Majino xətti dolayısıyla yan keçilməli idi. O zaman Alman Ordusu A Qrupunun Baş Qərargah rəisi olan Erix fon Manşteyn fərqli üstün bir plan xülasəsini hazırladı və general-feldmarşal Gerd fon Rundştedt vasitəsi ilə onu Alman Baş Komandanlığına təqdim etdi. Manşteynin planına görə tank bölmələri Ardenlər üzərindən hücuma keçməli, sonra Maas çayı üzərində köprülər salmalı və sürətlə İngilis kanalına (La-Manş və Pa-de-Kale boğazı boğazları) çatmalı idilər. Bununla almanlar Belçikadakı Müttəfiq orduları arasındakı əlaqələri kəsəcəkdilər. Planın bu hissəsi daha sonra "Sichelschnitt" ("oraq kəsmə") adı ilə məşhur oldu. Adolf Hitler Manşteynlə fevralın 17-də görüşdükdən sonra bu gün "Manşteyn Planı" olaraq bilinən plana əlavələrini edərək dəyişdirilmiş bir versiyasını təsdiqlədi.
1940-cı il may ayının 10-da Majino xəttinin yarılmasından və Niderlandın kapitulyasiyasından sonra mayın 14-də alman komandanlığı uğurlarını daha da genişləndirməyə başladı. General-feldmarşal Fyodor fon Bokun rəhbərliyindəki B Qrupu ordusu, Belçika ərazisinə hücum etdi, Rundştedtin rəhbərliyindəki A Qrupu ordusunun üç tank korpusu cənuba tərəf dönərək İngilis kanalına tərəf yönəldi. Britaniya ekspedisiya qüvvələri Beliçika sərhədindən Belçika daxilindəki Dyle çayı boyunca mövqelərə doğru irəliləyərək, mayın 10-na qədər B Qrupu hissələri ilə döyüşlər keçirdi. Belçika və Fransadakı mövqelərini qoruya bilmədiyindən BEQ-nə mayın 14-ü tarixində Şelda çayına doğru çəkilməyə başlamaq əmri verildi. Mayın 17-də Parisə səfəri zamanı Baş nazir Vinston Çörçil Qamelindəki fransız qoşunlarının ehtiyat qüvvələri olmadığını öyrənəndə təəccübləndi. Mayın 19-da general Qort Fransa Birinci Ordusunun komandanı və Müttəfiq qüvvələrin ümumi koordinatoru fransız general Qaston Biyotla görüşdü. Biyot fransızların almanlar ilə dəniz arasında əsgər olmadığını bildirdi. Qort dərhal Kanal boyunca təxliyənin ən yaxşı çıxış yolu olduğunu bildirdi və yaxşı liman imkanları olan ən yaxın yer kimi Dünkerkə geri çəkilməyi planlaşdırdı. Bataqlıqlar ilə əhatə olunmuş Dünkerk köhnə istehkamları və Avropada böyük insan kütləsini qəbul edə biləcək ən uzun qum çimərliyi ilə tanınırdı. Mayın 20-də Çörçillin təklifi ilə, admiralallıq mövcud olan bütün kiçik gəmilərin Fransaya getməyə hazır olmasını təşkil etməyə başladı. Arras döyüşü ilə mayın 21-də mütəffiqlərin Almaniya ordusunun hissələri arasında əlaqəni kəsmək cəhdləri uğursuzluğa məruq qaldıqdan sonra, Lord Con Qortun komandanlığı altındakı İngilis Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa birlikləri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində mühasirəyə düşdü.
Əməliyyatdan əvvəl 250px|thumb|right|Lord Qort (mərkəzdə, əli ilə əmr verən) Britaniya Ekspedisiya Qüvvələrinin komandanı
Almanların tank diviziyaları Abbevilə genişmiqyaslı hücumundan sonra, müttəfiq ordu qrupu (ümumilikdə 10 ingilis, 18 fransız və 12 Belçika diviziyası) Qravelin, Arras, Brügge bölgələrində dənizə tərəf sıxışdırıldılar. Alman ordusunun "A" qrupu general-polkovnik Gerd fon Rundştedtin (E.Kleistin tank qrupu, G.Gothun tank qrupu və Vermaxtın 4-cü ordusu) komandanlığı altında cənub və cənub-qərbdən onların üzərinə hücum edirdi. Şərqdən və cənub-şərqdən isə general-polkovnik V.Leebin komandanlığı altında Alman ordusunun "B" qrupunun qoşunları (18-ci və 6-cı orduların hissələri) müttəfiq ordusunu sıxışdırırdı.Дюнкерская операция 1940 // Большая Советская Энциклопедия. / под ред. А. М. Прохорова. 3-е изд. Т.8. М., "Советская энциклопедия", 1972. стр.574
Qeyd edək ki, hələ mayın 18-də müttəfiq ordusunun çıxılmaz vəziyyətə düşəcəyini görən ingilis qüvvələrinin komandanı Con Qort qoşunların Britaniya adalarına təxliyəsi təklifini vermişdi. İngilislər fransızlara xəbər vermədən mayın 20-dən Britaniya ekspedisiya qüvvələrinin qitədən təxliyəsi üçün "Dinamo" əməliyyatını planlaşdırmağa başladılar. Təxliyə planına Duvr qalasında yerləşən dəniz qüvvələrinin qərargahında vitse-admiral Bertram Remzi rəhbərlik edirdi. O mütəmadi olaraq Çörçilə məlumat verirdi. Gəmilər təxliyə əməliyyatı üçün Duvrda toplanmağa başladı. Mayın 20-də Britaniya ekspedisiya qüvvələri Cerald Vitfeldi hazırlıqlara başlamaq üçün Dünkerkə göndərdi. Təxliyə zamanı qida və su ehtiyatı tükəndiyindən hərbi hissələr arasında panika və çaxnaşma halları olurdu. Zabitlərə təxliyəyə kömək etmək üçün gəmilərə ən axırda minmək əmri verilmişdi.
20 may tarixində Britaniya hökuməti evakuasiyada iştirak edə bilən gəmi və qayıqları toplamağa başladı.Курт фон Типпельскирх. История Второй мировой войны, 1939–1945. СПб., "Полигон"; М., "АСТ", 1999. стр. 116–118 Evakuasiya üçün müttəfiq komandanlığı hərbi-dəniz və ticarət donanmalarının bütün mövcud gəmilərini səfərbər etdi: 693 Britaniya və təxminən 250 Fransa gəmisi. Əməliyyata rəhbərlik elə təxliyə planını hazırlayan kontr-admiral Bertram Remziyə tapşırıldı.
Mayın 22-də Çörçil BEK-na general Georq Blankardın rəhbərliyindəki Fransa Birinci Ordusu ilə koordinasiya edilərək cənub istiqamətinə hücum etməsini fransız qüvvələrinin qalan hissəsi ilə yenidən əlaqə qurmağı əmr etdi. Bu təklif edilən plan Qamelinin mayın 18-də vəzifəsindən azad edilməsindən sonra Baş Komandan təyin olunan general Maksim Veyqanın adı ilə "Veyqan Planı" adlandırıldı. Mayın 25-də Qort plana uyğun məqsədə çatmaq niyyətindən imtina etməli oldu və Blanhardın qüvvələri ilə birlikdə Qravelinə istiqamətində Lys kanalının arxasına doğru geri çəkildi. Kanal sistemi şlyuzları almanların irəliləməsinə qarşı bir maneə (kanal xətti) yaratmaq üçün açıldı.
Dünkerk döyüşü
250 px|thumb|left|Əsgərlər nəqliyyat gözləyərkən Alman təyyarələri tərəfindən bombalanır