Çovdar qızıl yatağı — Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur.

Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş "Mərkəz" filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t- dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8–10 q/t təşkil edir.

İstinadlar

Kateqoriya:Azərbaycanın qızıl yataqları Kateqoriya:Daşkəsən rayonunun coğrafiyası