thumb|400x400px| San Zakkariya kilsəsinin yarımdairəvi frontonu — Koduççinin stilinin tipik elementi. Françesko Quardinin rəsmi thumb|250x250px| Santa Maria Formoza Kilsəsi — şimal fasadı Mauro Koduççi və ya Kodussi (; ) — İtalyan heykəltaraşı və erkən İntibah dövrü memarı.
Mauro Koduççi, 1440-cı ildə Berqamo yaxınlığında dünyaya gəlib. 30 yaşına qədər heykəltaraşlıq ixtisası üzrə təhsil aldığı Lombardiyada yaşayan Mauro, təxminən 1468-ci ildə Venesiyaya gəlir. Maraqlıdır ki, demək olar həmin vaxtda Venesiyaya digər bir görkəmli memar — Pyetro Lombardo da gəlir. Sonralar Pyetro, Mauro ilə bir çox ortaq işə imza atırlar.
Koduççi, Venesiyada bina dizaynında Florensiya motivlərini tətbiq etmiş ilk memar olmuşdu. O, intibahın yeniliklərini mövcud Bizans memarlıq üslubu ilə uğurla birləşdirməyi də bacarmışdı.
Koduççi üçün fasadların dəbdəbəli ornamentlərlə bəzənməsinə, yarımdairəvi fronton formalarına olan ehtiras tipik hesab edilirdi.
Binalar San Mikele in Isola kilsəsi, 1468–1478/79 San Pyetro di Kastello kilsəsinin kampanilesi, 1482–1489/90 San Zakkariya kilsəsi, inşasının davamı1483–1490/91 Skuola Qrande di San Marko, fasad, 1489/90–1495 Palasso Dzorsi, 1489/90–1504 (ölümündən sonra tamamlanmışdı) Palasso Korner-spinelli, Böyük Kanal, 1491/92–1521(?) (ölümündən sonra tamamlanmışdı) Santa Mariya Formoza kilsəsi, 1491/92–1504/6 (ölümündən sonra tamamlanmışdı) Müqəddəs Mark meydanında Müqəddəs Mark saat qülləsi, 1496–1499 San Covanni Krizostomo kilsəsi, 1497–1504/5 (ölümündən sonra tamamlanmışdı(1525)) Skuola Qrande di San Covanni Evanqelista, 1498–1504/05 (ölümdən sonra tamamlanmışdı) Palasso Vendramin Kalerci, 1501/02–1509 (ölümündən sonra tamamlanmışdı)
Qeydlər
Ədəbiyyat Howard, Deborah: Architectural History of Venice (2-е издание, 2004)
İstinadlar
Xarici keçidlər projectclassica.ru ; italcult.ru ;
Kateqoriya:İtaliya heykəltaraşları Kateqoriya:İtaliya memarları Kateqoriya:XV əsr İtaliya memarları Kateqoriya:XVI əsr İtaliya memarları