Dövlət katibi — Amerika Birləşmiş Ştatlarının xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin rəhbər vəzifəsi. Dövlət katibi ABŞ Prezidentinin Kabinetinə daxildir."Heads of State, Heads of Government, Ministers for Foreign Affairs" , Protocol and Liaison Service, United Nations. Retrieved November 2, 2012.NATO Member Countries , NATO. Retrieved November 2, 2012.
Tarixi 1781-ci il yanvarın 10-da İkinci Kontinental konqres Xarici Əlaqələr Departamentini təsis etdi. 1789-cu il sentyabrın 15-də bu qurumun adı dəyişdirilərək Dövlət Departamenti, onun rəhbər vəzifəsi isə Dövlət katibi adlandırıldı. ABŞ-nin ilk Dövlət katibi vəzifəsini Tomas Cefferson tutmuşdur.
1997-ci ilədək bu vəzifəni yalnız ağdərili kişilər tutmuş, həmin il bu vəzifəyə Madlen Olbraytın, Corc Buş administrasiyası dövründə isə qaradərili Kolin Pauell və Kondoliza Raysın təyin olunması ilə həmin ənənə pozulmuşdur. Hazırkı dövlət katibi Marko Rubio, 1789-cu ildən bu yana bu vəzifəni tutan 72-ci şəxsdir.
Vəzifə öhdəlikləri ABŞ Dövlət Departamentinin və xarici siyasi əlaqələrin idarə edilməsini təmin edir. ABŞ-nin xarici siyasəti və başqa ölkələrə diplomatik nümayəndələrin təyin olunması, həmçinin xarici ölkələrin diplomatik nümayəndələrinin qəbul edilməsi və ya qovulması ilə bağlı ABŞ Prezidentinə tövsiyələr verir. Xarici ölkələrlə yüksəksəviyyəli görüşlərdə danışıqlar aparır və ya bunu etmək üçün nümayəndələr təyin edir. Bura beynəlxalq sazişlər və digər razılaşmalar üzrə danışıqlar daxildir. ABŞ-nin başqa ölkələrdəki fəaliyyətlərinin qurumlararası ümumi idarəetməsini, əlaqələndirilməsi və nəzarətini həyata keçirir. Xaricdə yaşayan və ya səyahətdə olan ABŞ vətəndaşlarını məlumat və xidmətlərlə, həmçinin pasport və vizalarla təmin edir. Xarici ölkələrdə ABŞ-nin immiqrasiya siyasətinə rəhbərlik edir. ABŞ-nin xarici siyasəti ilə bağlı Konqresi və ABŞ vətəndaşlarını məlumatlandırır.
Dövlət katibinin vəzifəsi xarici əlaqələrin təmin edilməsi olduğu üçün, o daim müxtəlif ölkələrdə səfərdə olur. Qurumun tarixində ən çox ölkəyə səyahət edən dövlət katibi 112 səfərlə Hillari Klinton, ikinci isə 96 səfərlə Madlen Olbrayt olmuşdur. Ən çox məsafə qət edən dövlət katibi isə km-lə Kondoliza Rays, ikinci isə km-lə Hillari Klintondur.
Həmçinin bax ABŞ Dövlət Departamenti
İstinadlar
Xarici keçidlər Dövlət Departamentinin strukturu (ing.). Dövlət Departamenti Katiblərinin siyahısı (ing.)
Kateqoriya:ABŞ dövlət katibləri Kateqoriya:1781-ci ildə yarananlar