Səpələnmiş ölümlər arasında () – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur.

Məzmun Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.

Rollarda

İstehsal Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.

Mükafat və nominasiyalar Filmin 93-cü Oskar mükafatının Ən yaxşı beynəlxalq film nominasiyasına namizəd kimi təqdim olunması müzakirə olunsa da, Şəfiqə Məmmədovanın rəhbərliyi etdiyi Azərbaycandakı Oskar komitəsi tərəfindən imtina edilib.

Mükafatlar Mükafat Tarix Kateqoriya Qəbul edən və ya namizəd Nəticə İst. Venesiya Film Festivalı 12 sentyabr 2020 Qızıl Şir Film Əl-Quna Film Festivalı 31 oktyabr 2020 Bürünc ulduz Film Tokyo Filmex 7 noyabr 2020 Ən yaxşı film Film Los-Kabos Film Festivalı 19 noyabr 2020 Əsas müsabiqə Film Türk Dünyası Dədə Qorqud Film Festivalı 12 noyabr 2021 Ən yaxşı film Film

Həmçinin bax Boşluğa xütbə – Hilal Baydarovun Venesiya Beynəlxalq Film Festivalında nümayiş etdirilən digər filmi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2020-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın dram filmləri Kateqoriya:2020-ci ilin dram filmləri Kateqoriya:2020-ci ilin ABŞ filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Yol filmləri