Dəmirçili oymağı — Zülqədər elinin oymaqlarından biri.

Yayılması və yerləşməsi Dəmirçili oymağınin yayıldığı yerlər: Qəhrəmanmaraş, Malatya, Tokat və Çorumdakı bir çox kəndlər, Azərbaycan, Gürcüstan və İran əraziləridir. Avşar elinin Salmanlı oymağının bir parçası olduğu da söylənilir.

Oymaq Diyarbəkir və Şanlıurfadakı bir çox məskənlərə ad vermişdi. Bunlardan başqa Ağqoyunlu tayfa ittifaqına da qatılmışdı. XVI əsrdə Dəmirçili oymağının bir qolunun yurdları Əlbistan, Pınarbaşı, Tarsus və Qanqalda idi. Dəmirçilinin bir bölümü Zülqədər elinin tərkibində Səfəvi dövlətinə qatılmışdı. Günümüzdə bunlar Güney Azərbaycanda Şahseven konfederasiyası içində və Quzey Azərbaycanda Qazax bəlgəsində qərar tutur.

Səfəvilər də Zülqədər qrupunda yer alan oymaqlardandır. Şah Abbas zamanında Fars bəylərbəyi Bünyad bəy bu oymaqdan idi.Faruk Sümer, SDAKTR, s: 180

Dəmirçi oymağının Anadoludaki yurdları Dulkadır (Zülqədər) dövləti torpaqlarındadır. Bunlardan ən ünlüsü, Əlbistan ovasındaki Dəmirçilik qəsəbəsidir. Dəmirçilik XVI əsrdə 17 nəfərlik bir kənd idi. R. Yinanç, M. Elibüyük, Maraş Tahrir Defteri s: 573 Dəmirçili topluluğu Hurman nahiyəsinə bağlı Öyücek Ördeklü, Kürtünlü (dən Atlixanlı), Kalacık Kaya, Karacaviran kəndlərində, Zamantı qəzasının Hınzıri nahiyəsində yer alan Tərsaxan, Qaynar Pınar, Sarımbəy Viranı (keçmiş adı Əbulxeyr qışlağı) kəndlərində yurd tutmuşdu. R. Yinanç, M. Elibüyük, Maraş Tahrir Defteri s: 657, 661, 675, 677, 802, 803 Bundan başqa Karahayıt nahiyəsindəki Geçit Höyüğü kəndində 12 nəfərlik bir Dəmirçili topluluğu vardı. R. Yinanç, M. Elibüyük, Maraş Tahrir Defteri s: 177

Dəmirçi topluluğunun ilk yurdu, Urfa-Viranşəhir kırsalında, Ələvi ərənlərin qışlaq kəndlərinin çox olduğu yörədəydi. Topluluq, burada Dəmirçi Viranı M. Salih Erpolat, XVI Yüzyılda Siverek Sancağında İskan ve Nüfus, Tarihte Siverek Sempozyumu Bildirileri, 2001; M. İlhan aynı yazı, ilgili harita Dəmirli-i Ülya, Dəmirli-i Süfla, M. Salih Erpolat, XVI Yüzyılda Diyarbekir Beylerbeyliğindeki Yer İsimleri, basılmamış doktora tezi, s: 142 adlı yerlərə ad vermişdi. Yerləşmələrin ardındakı viran sözü, topluluğun buranı tərk etdiyinin ifadəsidir.

Dəmirçi, Ağqoyunlu dövlətində vəzifə alan topluluqlardandır. Ağqoyunlu sərkərdələrindən Şeyx Məhəmməd Dəmirçi və Əli bəy Dəmirçi bu oymaqdandı. Kiyab-ı Diyarbəkriyyə, s: 117, 124

Günümüzdə Dəmirçilərin bir bölümü, Malatyanın Kuluncak ilçəsinin Tərsaxan (yeni adı Qonaqtəpə) kəndindədir. Bunlardan ayrılan bir qrup, Kayserinin Sarıoğlan ilçəsinin Karaözü kəndinə-qəsəbəsinə, Ahmet Özerdem, s: 61 bir başqa qrup isə Malatyanın Həkimxan ilçəsinin Cüzüngüt (yeni adı Gözəlyurd) qəsəbəsinin Çermik məhəlləsinə yerləşmişdir.

Dəmirçili oymağının ən böyük qollarından biri Tatılı tayfasıdır. Tatılı tayfası Dəmirçili oymağının tərkibindən çıxıb müstəqil oymaq oldu.

İstinadlar

Mənbə Ənvər Çingizoğlu. Zülqədər eli. Bakı: Şərq-Qərb, 2011, 156 səh.

Kateqoriya:Zülqədərlər Kateqoriya:Azərbaycan oymaqları