Tituvenay regional parkı () — Litvanın regional parkı. 1992-ci ildə yerli təpəlik, bataqlıq və göllü landşaftı, eləcə də Şiluva və Tituvenay rayonları ərazisində yerləşən tarixi abidələri qorumaq məqsədilə yaradılmışdır. Parkın administrasiyası və informasiya mərkəzi Tituvenay şəhərində, Mişko küçəsində yerləşir.

Ümumi məlumat Tituvenay parkı Raseyin, Radviliş və Kelmes rayonlarının qovşağında, Litvanın şimal-qərbində Şyaulyay qəzasında, Jemaytiya tarixi regionunda yerləşir. Regional parkın sahəsi — 18 159 hektardır (181 km²). Ərazinin 45 % -ni meşələr,10 % — su-bataqlıq ərazilər, 2 % — göllər, 42 % — isə digər ərazilərdir.

Gözə çarpacaq təpəliklər, göllü və bataqlıq ərazilər qədim buzlaşma dövrlərinin izləri hesab olunur. Dalğalı təpəli düzənlik ərazilər torf qatı ilə zəngindir. Tituvenay regional parkında göllər yetərincə çoxdur ( Bridvayşis, Qilius, Qauştvinis və s.). Parkın mərkəzində böyük su-bataqlıq hövzəsi yerləşir (Tirulya).

Tarixi abidələri thumb|Katolik kilsəsi Tituvenay parkının ən tanınmış tarixi abidələri XVII əsrə aid katolik kilsəsi və monastır memarlıq kompleksidir. Kompleksə geniş həyət, qalereya, nərdivanlı gözətçi qülləsi və s. daxildir. Əsrarəngiz Şiluva gözətçi qülləsi tanınmış memar Antanasa Vivulişkisin layihəsi əsasında inşa edilmişdir. Bundan başqa parkda paqanizmə aid abidələr, dəfn kurqanları və Müqəddəs Yurqis dağ mövcuddur.

Turizm Tituvenay regional parkında turizm məqsədilə müxtəlif proqramlar və ekskursiyalar təşkil olunur. Parkda 3 turist marşrutu mövcuddur. Turistlər park ərazisində 5 velosiped yolundan, 2 müşahidə qülləsindən — Tituvenay (henderlek 15 m) və Şyaules (21 m). Bataqlaşmış ərazilərdə quşların müşahidə edilməsinə xidmət göstərən meydança-qüllə var.

Şəkillər

Xarici keçidlər

Rəsmi sayt

İstinadlar Kateqoriya:1992-ci ildə yaradılmış qoruq əraziləri