Leonid Henrixoviç Zorin (əsl soyadı Zaltsman; ) — Rusiya dramaturqu.

Həyatı Leonid Zorin 3 noyabr 1924-cü ildə Bakıda anadan olub, 1948-ci ildən Moskvada yaşayıb.

BDU-nu, daha sonra isə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

L. Zorin 31 mart 2020-ci ildə 96 yaşında ürək tutmasından vəfat edib.

Yaradıcılığı O, "Dostlar və illər" (1962), "Varşava melodiyası" (1967), "Pokrov darvazaları" (1974) və s. dram əsərləri də daxil olmaqla 50-yə yaxın pyesin müəllifidir.

Dramaturqun əsərləri keçmiş SSRİ-nin bir neçə respublikasında və xaricdə dəfələrlə səhnələşdirilib.

L. Zorin bir neçə filmin ssenarisinin hazırlanmasında da iştirak edib.

Təltif və mükafatları Orden və medallarla təltif olunub.

İstinadlar

Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Rusiya uzunömürlüləri Kateqoriya:Azərbaycan dilindən tərcümə edənlər Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Bakı yazıçıları Kateqoriya:Dramlar