Arlinqton () — ABŞ-nin şəhər dairəsi, ABŞ paytaxtı Vaşinqtonun ətrafı, Potomak çayının sağ sahilində yerləşir. Əhalisi — 209,300 nəfər. Federal hökumətin qurumlarına sahibdir; ABŞ ordusu - Pentaqon, çap sənayesi, geofiziki alətlər və tikinti materialları istehsalı burada yerləşir.
1801-ci ildən 1920-ci ilə qədər İsgəndəriyyə dairəsi adlanırdı; 1846-cı ilə qədər İsgəndəriyyə şəhəri ilə birlikdə Kolumbiya federal dairəsinin bir hissəsi idi, sonra dairə və ondan ayrılan şəhər Virciniya ştatına qaytarıldı.
Arlinqton Milli Qəbiristanlığında 1-ci və 2-ci Dünya Müharibələrində ölən əsgərlər dəfn olunub. 1931-ci ildə "Naməlum əsgər məzarı" abidəsi qoyulmuşdur. 1963-cü ildə ABŞ Prezidenti Con Kennedi, 1968-ci ildə isə onun qardaşı senator Robert Kennedi dəfn edilmişdir.
Görməli yerləri Pentaqon Dəniz Piyadasına Hərbi Abidə
Tanınmışlar Sandra Bullok — amerikalı aktrisa. Reyçel Yamaqata — amerikalı müğənni və pianoçu. Devid Makdauell Braun — amerikalı astronavt. Karl Raqls — amerikalı bəstəkar və rəssam. Aleksandr Oveçkin — rus xokkeyçisi. Oldriç Eyms — (1994-cü ilə qədər) — Mərkəzi Kəşfiyyat İdarəsi əks-kəşfiyyat bölməsinin müdiri, MKİ-nın xarici əks-nəzarət idarəsinin Sovet şöbəsinin müdiri.
İstinadlar
Xarici keçidlər
Официальный веб-сайт правительства округа Арлингтон, штат Виргиния Городские деревни округа Арлингтон, штат Виргиния Округ Арлингтон, штат Виргиния в социальной сети Facebook Историческое общество округа Арлингтон, штат Виргиния История возникновения имени округа Обзор геологического строения почв и климата округа Арлингтон, штат Виргиния
Kateqoriya:Virciniyanın dairələri Kateqoriya:Kolumbiya dairəsinin tarixi