Henri Corc Farmer () — ingilis musiqişünası.

Həyatı Farmer 1914–1947-ci illərdə Qlazqoda (Şotlandiya) yaşamış, burada orkestrə rəhbərlik etmiş, universitetdə dərs demişdir. Yaxın Şərq xalqlarının musiqisini, xüsusilə ərəb musiqisi və onun müxtəlif nəzəri məsələrini tədqiq etmiş, orta əsrlər ərəb, Azərbaycan (Əbdülqadir Marağayi, Səfiəddin Urməvi) musiqi nəzəriyyəçilərinin yaradıcılığını öyrənmiş, ayrı-ayrı musiqi alətlərinin (o cümlədən qədim ərəb, türk) təsvirini və təsnifatını vermişdir.

"13-cü əsrə qədərki ərəb musiqisi tarixi", "İslam musiqisi" Farmerin mühüm elmi əsərləridir.

İstinadlar

Mənbə

Kateqoriya:Böyük Britaniya musiqişünasları Kateqoriya:Britaniya musiqiçiləri Kateqoriya:Britaniya şərqşünasları