Seneqal — Afrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan Qvineya və Qvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur.
Coğrafiya thumb|left|250px . thumb|right|380px|Seneqal
Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir.
Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m. Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir. İqlim Subtropikdir. Orta temperatur yanvar təxminən 23 °C, iyul ayında isə 28 °C -dir.
Şəhərlər
ŞəhərƏhali(2005) Dakar 2.145.193 Touba475.755 Thiès 240.152 Kaolack 181.035 M'Bour 170.875 Saint-Louis 165.038 Rufisque 154.975 Ziguinchor 153.456
Əhali Əhalisi - 15,1 milyon nəfərdir (yanvar 2014 hesabatına görə). Şəhər əhalisi - 42% (2008-ci il hesabına görə). İllik artım tempi - 2.7% (məhsuldarlıq səviyyəsi - qadın başına 4,8 doğum).
Orta yaşam həddi - 59 il (57 - kişilər və 61 - qadınlar).
Qeyri-immun çatışmazlığı virusu (HİV) - 1% (2007-ci il hesabatına görə).
Etnik qruplar: 20 etnik qrup, onlardan ən böyüyü volof (43%), Fulani (24%) və serer (15%) var. Ağlar (əsasən Fransız dili) - 1%.
Təhsil səviyyəsi - 51% kişi, 29% -ni qadınlar (2002 görə).
Rəsmi dili - əhalinin 20% danışdığı Fransız dilidir. Milli dil kimi Ərəbcə (Hasaniye), Balanta-ganzha və başqa dillərdən istifadə edilir.
Din - Müsəlmanlar 94%, Xristianlar 5%, yerli inanclar 1% təşkil edir. Xristianların böyük əksəriyyəti - katolikdir, bundan başqa baptistlər, adventistlər, pentikostallar var.
Seneqalın təxminən 12 milyon əhalisi var və əhalinin təqribi 60 %-ni cavan insanlar təşkil edir. Əhalinin 95 %-i müsəlmandır.
Tarix
Seneqambiya
1982-ci ilin fevralında Seneqal Qambiya ilə birlikdə Seneqambiya Konfederasiyası yaradır. Bu zaman ərazicə və əhali sayına görə kiçik olan Qambiya özünün hökumətinə, müstəqil maliyyə və xarici siyasətinə malik olur. Konfederasiya daxilində xarici siyasətin koordinasiya ediməsi, silahlı qüvvələrin, xüsusi xidmətin və nəqliyyat infrastrukturunun birləşdirilməsi nəzərdə tutulmuşdu. Sonradan Qambiya konfederasiyanın idarə edilməsində rolunun artırılmasını tələb etməyə başladı. Fikir ayrılıqlarına görə konfederasiya 1989-cu ildə fəaliyyətini dayandırdı. Sonrakı dövrdə hər iki dövlətin münasibətləri gərgin olaraq qalır.
Mədəniyyət
Xarici keçidlər Senegal (Fransızca) BM Senegal (pdf formatında)
Həmçinin bax
Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:G15 ölkələri Kateqoriya:Afrika İttifaqına üzv dövlətlər Kateqoriya:İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Kateqoriya:Fransız dilində danışılan ölkə və bölgələr Kateqoriya:Respublikalar Kateqoriya:Keçmiş Portuqaliya müstəmləkələri Kateqoriya:Unitar respublikalar