Seks təhsili () — Con Cenninqsin prodüserliyi ilə istehsal olunmuş Böyük Britaniya komediya-dram teleserialı. Lauri Nann tərəfindən yaradılmışdır. Serial 11 yanvar 2019-cu ildə Netflix vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin fevralında ikinci mövsümü anons edilmişdir. Hekayə valideynləri seks terapistləri olan Otis Milbern adlı yeniyetmə gəncdən bəhs edir. Cinsi problemi olan bir zorakı oğlana kömək etdikdən sonra özünə inanan, amma qırılqan sinif yoldaşı Meyv Uayli ona bu bacarıqları ilə pul qazanmağı təklif edir. Cütlük məktəbdə cinsi problemləri olan şəxsləri tapıb onlarla məşğul olmağa başlayır.
Teleserialın baş rol ifaçısı Eysa Batterfilddir. Bundan əlavə, onun sinif yoldaşı, aşiq olduğu qız Meyvi Emma Maki, Otisin anası və seks terapisti Cini Cillian Anderson, Otisin ən yaxın dostu Erik Efonqu Şuti Qatva, Erikə bullinq edən müdirin oğlu Adam Qroffu Konnor Suindels, məktəbin populyar tələbəsi Cekson Marçettini Kedar Vilyams-Stirlinq canlandırır.
"Seks tərbiyəsi" ümumilikdə tənqidçilərin müsbət rəylərini almışdır. Personajlar arasındakı münasibətlər və Qatvanın performansı bəyənilmişdir.
Məzmun Otis Milbernin valideynləri seks terapistləridir və bu mövzuda xeyli məlumata sahibdir. Lakin oxuduğu məktəbdə elə də populyar deyil. Bir gün cinsi problemi olan bir zorakı oğlana kömək etdikdən sonra özünəinamlı, amma qırılqan sinif yoldaşı Meyv Uayli ona bu bacarıqları ilə pul qazanmağı təklif edir. Cütlük məktəbdə cinsi problemləri olan şəxsləri tapıb onlarla məşğul olmağa başlayır.
Rollarda
Əsas Eysa Batterfild Otis Milbern rolunda: valideynləri seks terapistləri olan, lakin özünün də cinsi problemləri olan yeniyetmə. Cillian Anderson Cin Milbern rolunda: Otisin anası, seks terapisti. Şuti Qatva Erik Efonq rolunda: Otisin ən yaxın dostu. Qana əsilli ailədəndir və geydir. Emma Maki Meyvi Uayli rolunda: məktəbin pis ad çıxarmış qızı. Otislə dostlaşır. Konnor Suindels Adam Qroff rolunda: müdirin oğlu. Erikə bullinq edir. Atası ilə gərgin münasibətləri var. Kedar Vilyams-Stirlinq Cekson Marçetti rolunda: Murdeyl məktəbinin populyar oğlanı, üzgüçülük çempionu. Meyvin sevgilisidir. Alister Petri Cənab Qroff rolunda: Murdeyl məktəbinin müdiri, Adamın atası. Mimi Kin Rubi rolunda: məktəbin populyar qızlarından biri, "Toxunulmazlar"ın üzvü. Eymi Lou Vud Eymi Qibbs rolunda: məktəbin digər populyar qızı, "Toxunulmazlar"ın üzvü. Çaneyl Kular Anvar rolunda: "Toxunulmazlar" qrupunun lideri. Simon Eşli Oliviya rolunda: "Toxunulmazlar"ın digər üzvü. Tanya Reynolds Lili İqlhart rolunda: yadplanetli erotikası yazan, bakirəliyini itirmək istəyən qız. Maykl Pernsbrendt Yakob Niman rolunda: isveçli təmir ustası. Cinə qarşı sevgi hisləri bəsləyir. Patrisiya Ellison Ola Niman rolunda: Yakobun qızı, Otisdən xoşu gəlir. Ceyms Pürefoy Remi Milbern rolunda: Otisin atası, Cinin keçmiş əri.
Köməkçi
İstehsal Netflix 28 noyabr 2017-ci ildə serialı sifariş etmişdir. Serial Lori Nann tərəfindən yaradılmışdır. İcraçı prodüserləri Ceymi Kampbell və Coel Uilsondur. 4 dekabr 2018-ci ildə serialın 11 yanvar 2019-cu ildə yayımlanacağı bildirilmişdir. 1 fevral 2019-cu ildə ikinci mövsümü anons edilmişdir.
Əsas rollar 17 may 2018-ci ildə açıqlanmışdır.
Çəkilişlər İngiltərədəki Vay dərəsində, eləcə də, Uelsin Lyandoqo, Tintern və Penart kimi yerlərində baş tutmuşdur. Murdeyl məktəbi üçün Cənubi Uels Universitetinin keçmiş korpusundan istifadə olunmuşdur.
Buraxılış İlk rəsmi treyler 2 yanvar 2019-cu ildə, serialın özü isə 11 yanvar 2019-cu ildə buraxılmışdır.
Seriyalar
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2010-cu illərin Böyük Britaniya drama teleserialları Kateqoriya:LGBT-əlaqəli Böyük Britaniya teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:2019-cu ildə başlayan Böyük Britaniya teleserialları Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Dram teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:İngiltərədə çəkilən filmlər Kateqoriya:Transgender-əlaqəli teleseriallar Kateqoriya:Netflixin televiziya dramları