thumb|Sonuncu sultan VI Mehmed Vahidəddin Dolmabağça sarayını tərk edir.
Osmanlı sultanlığının ləğvi — Türkiyə Böyük Millət Məclisinin 1 noyabr 1922-ci ildə qəbul etdiyi 308 saylı "Türkiyə Böyük Millət Məclisinin hüquqi hakimiyyət və hökmranlığının müməssili həqiqisi olduğuna dair" adlı qərarı qəbul etməsinə verilən ad. Monarxiyanın və ya səltənətin ləğvi ilə Osmanlı imperiyası rəsmən süqut etmişdir.
Proses Səltənətin ləğv edilməsinə yol açan hadisə İstiqlaliyyət müharibəsinin uğurla nəticələnməsindən sonra toplanması düşünülən konfransa Ankara və İstanbul hökumətlərinin birlikdə dəvət edilmələridir.
1922 17 oktyabr tarixli teleqrafda sədrəzəm Tevfiq paşa sülh konfransında ortaq mövqe nümayiş etdirmək üçün Mustafa Kamala müraciət etmişdir. 20 oktyabr tarixli TBMM rəhbərliyinə ünvanlanmış ikinci teleqrafda Tevfiq paşa Babiali ilə TBMM arasında məqsəd baxımından tam birlik olduğunu, Sevr müqaviləsini ləğv etdirmək və işğalın nəticələrini ortadan qaldırmaq üçün bərabər şəkildə mübarizə aparıldığını bildirərək milli birliyin önəmini vurğulamış, vətən uğruna şəxsi ambisiyalardan əl çəkilməsinin lazım olduğunu bildirmişdir.
28 oktyabrda İsveçrənin Lozanna şəhərində keçiriləcək olan konfransa İstanbul və Ankara hökumətləri rəsmən dəvət edilmişdir. Bundan iki gün sonra toplanan TBMM İstanbul hökumətinin ləğvinə dair 82 imzalı qərarı müzakirə etmiş, lakin bir nəticəyə gələ bilməmişdir. 1 noyabrda Mustafa Kamalın müdaxilə etməsindən sonra səltənətin ləğvi barədə qərar qəbul edilmişdir. Eyni gündə alınan bir başqa qərarlarla 1 və 2 noyabr günləri milli bayram elan edilmişdir.
Mustafa Kamalın yazdıqlarına görə millət vəkillərinin bir çoxu səltənətin ləğvinə qarşı çıxmışdılar. Nazirlər kabinetinin rəhbəri Rauf Orbay əvvəldə buna qarşı çıxmış, lakin 20 oktyabrda Mustafa Kamalla görüşdükdən sonra fikrini dəyişdirmişdir. Buna qarşılıq, liberal fikirləri ilə tanınan Mersin nümayəndəsi Səlahəddin Kösəoğlu sonuna qədər müxalif qalmışdır. Səsvermə zamanı səs-küylə açıq səsvermə və sayım istəyən millət vəkillərinə baxmayaraq sayım aparılmamış və qərarın səs birliyi ilə alındığı elan edilmişdir. Həm Rauf Orbay, həm də Səlahəddin Köşeoğlu sonradan qələmə aldıqları xatirələrində respublika quruluşuna prinsip baxımından qarşı olmadıqlarını, sadəcə səltənəti şəxsi diktatorluq cəhdlərinə qarşı maneə olaraq gördükləri üçün ləğvinə qarşı olduqlarını yazmışdır.
Xəyanət-i Vətəniyyə qanununda 15 aprel 1923-cü ildə edilmiş olan dəyişikliklə səltənətin ləğvinə dair olan qərarnaməyə qarşı sözlə və ya mətbu orqanlar vasitəsilə müxalif olmaq vətən xainliyi hesab edilmiş və edamla cəzalandırılmışdır.
Qərarın elanından sonra sədrəzəm Tevfiq paşa rəhbərliyində 4 noyabr günü son iclasını edən Osmanlı hökuməti istefasını sultana təqdim etmişdir. 5 noyabrda Ankara hökumətinin İstanbuldakı nümayəndəsi Refet Bele paşa bütün nazirlik nümayəndələrini Divanyoluna toplayaraq hər cür fəaliyyətlərinə son vermələrini tələb etmişdir. 7 noyabrda Babialidəki nazirlik dairəsi rəsmən boşaldılmış və Osmanlı dövlətinin rəsmi qəzeti olan Təqvim-i Vəkayinin nəşrinə son verilmişdir.
Nəticə Hüquqi baxımdan Xəlifə ünvanını qoruyan VI Mehmed Vəhdəddin 10 noyabrda son cümə xütbəsinə qatılmış, ancaq azadlığına və həyatına təhlükə olduğunu səbəb göstərərək, 17 noyabrda Boğaziçində olan ingilis zirehli gəmisi ilə Maltaya getmişdi. Bundan sonra 19 noyabrda TBMM vəliəhd Abdülməcid əfəndini Xəlifə elan etmişdir.
Fikirlər Mustafa Kamal monarxiyanın ləğvi müzakirələrində bunları demişdir:
Mustafa Kamal Nutukun bu hadisədən bəhs edən bölümündə səltənətin qaldırılmasının ümumi və fikri səbəblərinə toxunmayıb, lakin bəzi sərt ifadələrlə sultan və sədrəzəmin uzaqlaşdırılmasını haqlı göstərir.
Həmçinin bax Xilafətin ləğvi Monarxiya Türkiyə İstiqlaliyyət müharibəsi
İstinadlar
Kateqoriya:Türkiyə tarixi Kateqoriya:Monarxiyalar Kateqoriya:Atatürk irsi Kateqoriya:Mustafa Kamal Atatürk Kateqoriya:Atatürk islahatları Kateqoriya:Xilafət Kateqoriya:Osmanlı sultanları