Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil etmiş peşəkar futbol klubu.

Adları AMMK (1996–2005) Olimpik (2005–2009) Olimpik-Şüvəlan (2009–2010) AZAL (2010 −2017)http://www.azalpfc.az AZAL PFK Şüvəlan FK (2017-2019)

Tarix

Futbol klubu AMMK adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb. 2005/2006-cı il mövsümündə komanda Azərbaycan Çempionatında 12-ci yeri tutub. 2006/2007-ci il mövsümündə komanda heyətini gücləndirərək qarşısına iddialı məqsədlər qoyub. Xüsusən ölkəmizin ən güclü məşqçilərindən biri olan Əsgər Abdullayevin gəlişindən sonra "Olimpik" daha yaxşı nəticələr qazanmağa başlayıb. 2006/2007-cil mövsümünü 5-ci yerdə bitirən klubumuz 2007/2008-ci il mövsümündə çempionluğu son turda əldən vermiş və vitse-çempion adını qazanmışdır. 2008/2009-cu illər Avrokuboklar mövsümündə ölkəmizi UEFA-nın klub yarışlarında təmsil edən "Olimpik" birinci təsnifat mərhələsində Serbiyanın "Voyvodina" komandası ilə qarşılaşmışdır. İlk oyunda səfərdə 1–0 hesabı ilə məğlub olan "Olimpik" Bakıdakı oyunda heç-heçə (1–1) etmişdir. Bununla da klubumuz mərhələ keçmək vəzifəsinin öhdəsindən gələ bilməmişdir.

2009–2010-cu il mövsümündən etibarən klubun adı "Olimpik-Şüvəlan" adına dəyişdirilib.. 2010/11 mövsümündən isə futbol klubu AZAL adlandırılıb. Komanda 3 may 2017-ci ildə fəaliyyətini dayandırsa da 3 gündən sonra yenidən fəaliyyətini bərpa etdi. Komanda Birinci Divizyonda yeni adla -"Şüvəlan" adı altında çıxış edir.

Uğurları Azərbaycan Premyer Liqası: Gümüş medal — 2007/2008 Azərbaycan Birinci Liqası Birinci yer — 2004/2005

Premyer-liqada və kubokda çıxışı Sezon Divizion Yer O Q H M QV QB XAzərbaycan Kuboku2004/052nd1141031259331/16 Final2005/061st122658131527231/8 Final2006/071st62411852817411/8 Final2007/081st2261772297581/4 Final2008/091st62612863218441/4 Final2009/101st7421613134729611/2 Final2010/111st432131093628491/2 Final2011/121st732128124444441/4 Final2012/131st73216975732571/8 Final2013/141st 836613172949311/8 Final2014/151st632109133742391/4 Final2015/161st736137162638461/8 Final2016/171st8281720101/4 Final

Avropa kuboklarında iştirakı 200px|thumb|right|Klubun Olimpik-Şüvəlan adıyla fəaliyyət göstərərkən istifadə etdiyi loqo 200px|thumb|right|Klubun 3 may 2017-ci ilə qədər istifadə etdiyi loqo Turnir İl Mərhələ Ölkə Klub Ev Səfər ÜmumiUEFA Kuboku2008/2009Q1Voyvodina1–10–11–2UEFA Avropa Liqası2011/2012Q1Minsk1–11–22–3

Baş məşqçiləri Şakir Qəribov (iyun 2004 — may 2005) – 16 oyun Stepan Çordaş (iyun 2005 – avqust 2005) – 3 oyun Camaləddin Əliyev – baş məşqçi əvəzi (2005 avqust) – 4 oyun Peter Kurçubiç (2005 avqust – 2006 may) – 23 oyun Əsgər Abdullayev (2006 iyun – 2009 noyabr) – 105 oyun Nazim Süleymanov (2009 noyabr – 2011 iyun) – 64 oyun Elxan Abdullayev (2011 iyun — oktyabr) Rafiq Mirzəyev (2011 oktyabr-2012 aprel) Vaqif Sadıqov (2012 aprel-2014 mart) Tərlan Əhmədov (2014 mart)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində 2015-ci il 7 Avqust tarixində açıqlanan klublarının dünya reytinqində 2.825 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 350-ci pillədə başa vurmuşdurReytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? apasport.az tarixi:2010.11.27.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1996-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:2019-cu ildə ləğv olunanlar Kateqoriya:Ləğv edilmiş Azərbaycan futbol klubları