Sabir Cahan oğlu Əliyev () — Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru (2001-ci ildən), tibb elmləri doktoru (1992), professor (1993); "Tərəqqi" medalı laureatı (14 iyun 2007), Azərbaycan Respublikasının əməkdar elm xadimi (20 sentyabr 2010)
Həyatı Sabir Əliyev 1944-cü ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. 1961-ci ildə Gölkənd kənd orta məktəbini medalla bitirmişdir.
1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Təyinatla Naftalan sanatoriyasında həkim-ordinator, sonra müalicə işləri üzrə şöbə müdiri təyin olunub.
Elmi fəaliyyəti 1969–1972-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda patoloji fiziologiya kafedrasında aspirantura keçıb. 1973-cü ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib. 1972-ci ildə kafedrada assistent, 1973-cü ildə baş müəllim, 1976-cı ildə isə dosent vəzifəsinə seçilib. Uzun illər kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildə həmin kafedranın professoru vəzifəsinə seçilib. 1994-cü ildə AAK tərəfindən patofiziologiya ixtisası üzrə professor elmi adına layiq görülüb. 1999–2001-ci illərdə I MPF-nin dekanı işləyib.
300px|thumbnail|left|Sabir Əliyevin ATU-nun qonağı ilə görüşü
2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdiri vəzifəsinə seçilib, həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 2014-cü ildən 2024-cü ilə qədər həm tədris, həm də müalicə işləri üzrə prorektor vəzifəsində çalışmış, 2015–2016-cı tədris illərində ATU-nun rektoru vəzifəsini icra etmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərən "Tibbi-nəzəri bölmə"nin, universitetin "patofiziologiya, biokimya, farmakologiya" üzrə ixtisaslaşmış Müdafiə Şurasının sədridir. Universitetin Böyük Elmi Şurasının və II Müalicə profilaktika fakültəsinin Elmi Şurasının, "Azərbaycan Tibb Jurnalı" Redaksiya Şurasının üzvüdür.
1992-ci ildən YAP-ın üzvü və universitetin YAP təşkilatının sədridir.
413 elmi işin, 11 dərsliyin, 11 dərs vəsaitinin, 4 elmi-populyar broşurun, ilk dəfə olaraq 3 dildə (Azərbaycan, rus, ingilis) çap olunan patofizioloji atlas elektron dərsliyinin, bir neçə tədris-metodik vəsaitin, digər ali məktəblər üçün dərslik kimi istifadə olunan “Tibbi biliklərin əsasları” (2013) kitabının, 2015-ci ildə isə yeni tədris proqramına uyğun «Patoloji fiziologiya»dan dərslik kitabının (I və II hissə) müəllifidir. 2019-cu ildə çap olunmuş “Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti”nin və rezidenturaya hazırlaşanlar üçün 3 dildə (azərbaycan, rus və ingilis) nəşr edilmiş “Patoloji fiziologiya” adlı vəsaitin müəllifidir. 2020-ci ildə çap olunan “Patoloji fiziologiya”dan situasiya məsələləri kitabının, 2023-cü ildə nəşr olunan "Руководство к практическим занятиям по патофизиологии с клинико-патофизиологическими аспектами", 2023-cü ildə nəşr olunan "Patoloji fiziologiya" dərs vəsaiti kitabının müəllifidir. Eyni zamanda 2025-ci ildə çap olunmuş “Patoloji fiziologiya” (I və II hissə), “Klinik patofiziologiya” dərsliklərinin və “Praktik məsələlərə dair klinik-patofizioloji aspektlər” dərs vəsaitinin müəlliflərindən biridir.
Rəhbərliyi altında 20 namizədlik dissertasiyası, 3 doktorluq dissertasiyası müdafiə olunmuş, 2 doktorluq işi, 1 namizədlik işi davam etdirilir.
Mükafatları və təltifləri 1986-cı ildə "Səhiyyə əlaçısı", 2000-ci ildə "Respublikanın əməkdar müəllimi" fəxri adlarına layiq görülüb.
2003-cü ildə "VEKTOR" Beynəlxalq Elmi Mərkəzin Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olmuşdur.
2004-cü ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə, 14 iyun 2007-ci ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.
27 fevral 2008-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Tibb bölümü üzrə akademik seçilib.
6 mart 2009-cu ildə həmin akademiya tərəfindən "Türk dünyasına hizmetlerindən dolayı uluslararası altun yıldız" medalı ilə təltif olunub.
15 dekabr 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Mükafatlar Komitəsinin Elm və Tədris sahəsində qazandıgı nailiyyətlərə görə Avropa "Şərəf və Vicdan" ordeni ilə təltif olunmusdur.
12 may 2010-cu ildə Avropa Akademiyası tərəfindən Nikolay Piroqov ordeni ilə təltif olunmusdur.
20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adı almışdir.
24 dekabr 2011-ci ildə Beynəlxalq təltiflər ittifaqi tərəfindən "Hippokrat" ordeni ilə təltif olunmusdur.
26 mart 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümüne üstün hizmetlerinden dolayi "İbn-İ-Sina" diplomu ilə təltif olunub.
26 dekabr 2018-ci ildə ATGTİ sıx əməkdaşlıq etdiyinə görə təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərdiyinə görə "İlin prorektoru" mükafatına layiq görülmüşdür.
18 dekabr 2020-ci ildə Beynəlxalq Elmlər Akademiyasının tam üzvü kimi diploma layiq görülüb.
10 mart 2021-ci ildə Dünya elmindəki və təhsilindəki xidmətlərinə görə Avropa Şərəf ordeni ilə təltif olunmuşdur.
27 dekabr 2022-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən 2022-ci il ərzindəki uğurlarına görə mükafatlandırılmışdır.
5 yanvar 2023-cü ildə "Europaische Akademie der Naturwissenschaften in hannover e. V." tərəfindən dünya miqyasında elm və təhsil sahəsində xidmətlərinə görə "Wilhelm Conrad Röntgen" medalına layiq görülmüşdür.
2 fevral 2024-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4289 nömrəli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunmuşdur.
1 iyun 2026-cı ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən elm və təhsil sahələrindəki xidmətlərinə görə "Türk Dünyasının Fahri Aydını" mükafatı ilə təltif edilib.
Kitabları
Elmi kitabları Sağlamlığın düşməni. Bakı, “Gənclik”, 1974, 47s. Микроэлементы и здоровье. М. Знание. 1979. 65с. Экология и здоровье. М. Знание. 1985. 64с Старая новая наука. М. Знание. 1989. 64с. Rusca-azərbaycanca tibbi patoloji terminlər lüğəti. Bakı, "Təbib", 1996. Kütləvi Tibb Ensiklopediyası. Bakı, "Azərbaycan Ensiklopediyası" nəşriyyatı poliqrafiya birliyi, 2000. Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti. Bakı, 2004 Tibbi biliklərin əsasları. Bakı, ATU, 2004. 483 səh. Patoloji fiziologiyadan situasiya məsələləri. Bakı, 2004 Patoloji fiziologiyadan tədris proqramı. Bakı, 2005. Patoloji fiziologiyadan atlas. Dərslik 3 dildə. Bakı, "Azərbaycan" nəşriyyatı, 2008. 468 səh. Patoloji fiziologiyadan testlər. Dərslik 3 dildə. Bakı, "Təbib" nəşriyyatı, 2011. Tibbi biliklərin əsasları Dərslik. Bakı, "Təbib" nəşriyyatı 2013. 519 səh. Müasir tibbi təhsilinin əsasları. Kitab. Bakı, "Bilik" nəşriyyatı, 2014. Patoloji fiziologiya I (dərslik) — 2015 Patoloji fiziologiya II (dərslik) — 2016 Normal fiziologiya "Təbib" nəşriyyatı Bakı, 2019, 396 səh. Patoloji fiziologiyadan təcrübi dərslik vəsaiti. 2019-cu il Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramı (3 dildə). Bakı, "Təbib" nəşriyyatı 2019-cu il. 115 səh. Patoloji fiziologiya. Rezidenturaya hazırlaşanlar üçün dərs vəsaiti (Azərbaycan və rus dillərində) Dövlət İmtahan Mərkəzi — "Abituriyent −2020", Bakı, 453 səh Patoloji fiziologiyadan Situasiya məsələləri kitabı — Bakı, "Təbib" nəşriyyatı, 2020, 340 səh "Patoloji fiziologiya" dərs vəsaiti Bakı-2023 Praktik məşğələlərə dair klinik patofizioloji aspektlər. Dərs vəsaiti. Bakı-2025, 262 səh. Klinik patofiziologiya (Patoloji laboratoriya). Dərslik. Bakı-2025, 225 səh. Patoloji fiziologiya I Dərslik. Bakı-2025, 627 səh. Patoloji fiziologiya II Dərslik. Bakı-2025, 341 səh.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycan ixtiraçıları Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Azərbaycan Tibb Universitetinin professorları Kateqoriya:Qaraqoyunluda doğulanlar Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar elm xadimləri Kateqoriya:Azərbaycan professorları