Pərviz Pərəstuyi (‎; ) — İran azərbaycanlılarından olan aktyor və müğənni.

Şəxsi həyatı Pərviz Parastuyi Həmədan ostanının Kəbudər Ahəng şəhərində 24 iyun 1955-ci ildə azərbaycanlı ailədə dünyaya gəlmişdir.زندگینامه: پرویز پرستویی (۱۳۳۴-) . Hamshahri. 2015-11-11 tarixində arxivləşdirilib. اسطوره و پهلوانی برخاسته از دیار الوند، پهلوانی برای همه . Bornanews.ir. 2015-10-16 tarixində arxivləşdirilib.من «پرویز پرستویی» یک روستایی روستایی زاده‌ام/هنوز خودم را همان پسرک شرمگین می‌دانم . Fars News. 2016-03-06 tarixində arxivləşdirilib. Karyerası Pərviz Parastuyi aktyor olmamışdan əvvəl məhkəmə sahəsində çalışmışdır. Onun film karyerası Diar-e Aşeghan (Aşıqlər diyarı) filmi ilə başlamışdır. Bu filmin uğurlu olmasından sonra onun uzun müddətdir davam edən film karyerası başlamışdır. Film karyerası Piştazan-i Fəth (Fəthin öncülləri), Shekar (Ov) kimi filmlərdə məşhurlaşdıqdan sonra Pərviz Parastuyi özünü komediya janrında da yoxlamağa başladı. Leily Ba Man (Leyla mənimlədir) filmində komik obraz olan Sadiq Meşkini obrazını canlandıran Pərviz Parastuyi, tənqidçilər tərəfindən yüksək qiymətləndirildi. Bu film İran filmoqrafiyasında İran-İraq müharibəsinə fərqli yöndən baxmağın əsasını qoydu. Çünki İran-İraq müharibəsi o dövrə qədər İran filmoqrafiyasında tabu materialı idi. Bu filmdə isə baş verən hadisələr komediya janrında əks etdirilirdi. İran televiziyasının müxbiri müharibə bölgəsindən reportaj etməli olur. Laki güclü müharibə qorxusuna görə azır və müharibə zonasından qaçmaq istəyərkən, azaraq düşmən xəttlərinə doğru irəliləyir.

Komediya filmində ilk dəfə çəkildikdən sonra yüksək qiymətləndirilən Pərviz Parastuyi bundan sonra da xeyli inqilabi komediya janrında olan filmlərə çəkilmişdir.

Pərviz Parastuyi İbrahim Hatemikiyanın çəkdiyi bir çox döyüş filmlərində də çəkilmişdir: Rooban-e Ghermez (Qırmızı lent) Ajans-E Shisheh-i (Şüşə agentliyi) Moje Mordeh (Ölü dalğa) Həmçinin o, Kamal Təbrizinin çəkdiyi bir çox komediya filmlərində də çəkilmişdir: Eshgh-e Shisheh-yi (Şüşə sevgi) Adam Barfi (Qar adamı) Mard-e Avazi (Dəyişmiş insan) Bundan əlavə o, bir satira filmində də çəkilmişdir: Marmoulak (Kərtənkələ) O, bu filmdəki Reza Marmoulak rolu ilə öz şöhrətinni zirvəsinə çatmışdır. Onun ən məşhur rollarına misal olaraq Məcid Məcidinin Bid-e Majnoon (Söyüd ağacı) filmindəki Yusif rolunu göstərmək olar.

Televiziya karyerası Parastuyinin televiziya işləri məhdudur: Emam Ali (İmam Əli) Zir-e Tigh (Boyunduruq altında) Mənzil'' Zir-e Tigh televiziya serialındakı roluna görə insan tərəfindən heyranlıqla qarşılanmışdır. Buradakı roluna görə Roma TV Proqramları Festivalında Ən Yaxşı Aktyor mükafatına layiq görülmüşdür.An Iranian Actor Won the Best Actor of TV Programs Award International Rome TV Programs Festival.İyul 19, 2007

Filmoqrafiyası İl Ad (orijinal) Ad (azərbaycanca) Rejissor Mükafat 1983 Diar-e Asheghan Aşıqlər diyarı Həsən Qarbaxş RəvariBeynəlxalq Fəcr Film Festivalında Ən Yaxşı Köməkçi Aktyor mükafatı 1984 Pishtazan-e Fath Fəthin öncüləri Nasir Məhəmmədpur 1987 Sazmane 4 Gizli komitə Həsən Cavanbaxş 1988 Shekar Ov Məcid Cavanmərd 1990 Hekayate An Marde Khoshbakht Xoşbəxt şəxsin macəraları Rza Heydərnejat 1991 Maar İlan Məcid Cavanmərd 1992 İmam Əli (TV serialı) İmam Ali Davud Mirbağiri 1995 Adam Barfi Qar adam Davud Mirbağiri 1996 Leily Ba Man Ast Leyla mənimlədir Kamal Təbrizi Beynəlxalq Fəcr Film Festivalında Ən Yaxşı Aktyor mükafatı Ava-ye Fakhteh (TV serialı) Quqqultunun səsi Bəhmən Zərin 1997 Zir-e Chatr-e Khorshid (TV serialı) Günəş çətiri altında Bəhmən Zərrinpur Mehr-e Madari Sevgili ana Kamal Tabrizi Ravani Axmaq Daryuş Fərhəng Ajanse Shishei Şüşə agentliyi İbrahim Hatemikiya Beynəlxalq Fəcr Film Festivalında Kristal Simurq mükafatıFilm Mərkəzinin Ən Yaxşı Aktyor mükafatıBeynəlxalq Etnoloji Film festivalında Ən Yaxşı Aktyor mükafatıMoqavemat Film Festivalında Ən Yaxşı Aktyor mükafatı Ən Yaxşı Aktyorluğa görə Hafiz mükafatı Marde Avazi Dəyişmiş adam Məhəmməd Rza Hünərmənd 1999 Rooban-e Ghermez]] Qırmızı lent İbrahim Hatemikiya Shookhi Zarafat Hümayun Əsədiyan 2000 Eshgh-e Shisheh-yi Şüşə sevgi Rza Heydərnejad Moomiayi 3 Mumiya III Məhəmməd Rza Hünərmənd 2001 Moje Mordeh Ölü dalğa İbrahim Hatemikiya Ab va Atash Su və od Firudin Ceyrani Khak-e Sorkh (TV series) Qırmızı ürək İbrahim Hatemikiya 2002 Azizam Man Kook Nistam Mən havalı deyiləm Məhəmməd Rza Hünərmənd Ən Yaxşı Aktyorluğa görə Hafiz mükafatı Divanei Az Ghafas Parid Qu quşunun yuvasından bir uçuş Əhmədrza Mütəmadi 2003 Banooye Man Mənim xanımım Yadullah Səmədi 2004 Duel Duel Əhməd Rza Dərviş Marmoulak Kərtənkələ Kamal Təbrizi Seatl Beynəlxalq Film Festivalında Xüsusi Münsif MükafatıFəcr Beynəlxalq Film Festivalında Xüsusi Münsif Heyətinin Ən Yaxşı AktyoruFilm Mərkəzinin Ən Yaxşı Aktyor mükafatı 2005 Border Café Tranzit kafe Kambuziya Partovi Fəcr Beynəlxalq Film Festivalında Xüsusi Münsif mükafatı Beed-e Majnoon Söyüd ağacı Məcid Məcidi Fəcr Beynəlxalq Film Festivalı 2006 Be Name Pedar Atanın adı ilə İbrahim HatEmikiYa Fəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatı Zire Tigh (TV serialı) Boyunduruq altında Məhəmməd Rza Hünərmənd Roma Televiziya Proqramları Festivalında Ən yaxşı Aktyor mükafatı Fans Azarkeşlər Məhəmməd Rəhmanyan Teatr Tənqidçiləri Cəmiyyəti tərəfindən Ən yaxşı Aktyor mükafatı 2007 Padashe Sokoot Səssizliyin mükafatı Maziyar Miri Sad Sal Be In Sal-ha Miss İran Saman Müqəddəm 2008 Ketabe Ghanoon Qanun kitabı Maziyar Miri 2008 Bist On iki Əbdülrza Kahani] Batumi Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor mükafatı2010 Sizdah 59 On üç 59 Saman Salur 2010 Khers Ayı Xosro Məsumi 2011 Man-o Zbia Ziba və mən Firudin Ceyrani Kanadadakı İran Film Festivalında Ən Yaxşı Aktyor mükafatı 2013 Mehman Darim Biz qonaqlar Məhəmməd Mehdi Əsgərpur 2014 Emrooz Bu gün Rza MirkərimiRabat Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor mükafatıFəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatına namizəd göstərilmişdirSan-Fransiskodakı İran Filmləri Festivalında Ən Yaxşı Aktyor mükafatı Caypur Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor Mükafatı 2014 Bidari Baraye Se Rooz Üç günlüyünə oyanmaq Məsud Amini 2014 Bofalou Buffalo Kaveh Səyyadi 2015 Dou İki Süheyla Gülüstani 2015 Badigard Can güdən İbrahim Hatemikiya Fəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatı

Musiqiçi fəaliyyəti Bütün bu fəaliyyətləri ilə yanaşı Pərviz Parastuyi eyni zamanda həm də müğənnidir. Bu zamana qədər onun 3 albomu çıxmışdır. Albomları bunlardır: Ata (2006) Mən Pərviz Parastuyiyəm (2013) Mən bir aktyoram (2014)

İstinadlar

Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran müğənniləri Kateqoriya:İran aktyorları