Məni döşəmə yaşmağının altında dəfn edin () — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır. Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir.

İlk dəfə 1996-cı ildə Oktyabr () jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir.

2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” () seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.

Məzmunu

Doqquz yaşlı oğlan Saşa Savelyov babası və nənəsi ilə birlikdə yaşayır, çünki, nənəsi uşağın tərbiyəsini qızına etibar etmir. Nənə yeni ər tapmış “əxlaqsız” qızını tənqid edir: “Anam məni qaniçən-gödəkçəyə dəyişib və nənəmin yonulmuş boynuna asıb. Dördy yaşımdan orda asılı qalmışam.”

Onun “qəddar” sevgisi, övladlıq eləmək, müalicə etmək və cəzalandırmaq mümkün olan sözəbaxan canlı oyuncaq kimi uşağa sahib olmaq istəyindən irəli gəlir. “Özünü qurban verən” yaşlı qadın bu yolla lazımlığını hiss edir, süni qədirbilməz ətrafdakılar (o cümlədən uşaq) tərəfindən törədilən yalan “ağrılar” isə onu özünə yazığı gəlməsinə ilhamlandırır. Həyat yoldaşı da onun əlindən əziyyət çəkir, hər dəfə fürsət düşdükcə nənə onu təhqir edərək, həyatını xarab etdiyini deyir.

Povestdəki personajların prototipləri real adamlardır: Saşa Savelyov - Pavel Sanayev Atalıq, Tolya dayı (qaniçən-gödəkçə) – Rolan Bıkov Ana, Olqa – Yelena Sanayeva Baba, Semyon Mixayloviç – Vsevold Sanayev Nənə, Nina Antonova – Lidiya Sanayeva

Tamaşa və filmlər

2007 – Sankt-Peterburqdakı “Baltika evi” teatrında “Məni döşəmə yaşmağının altında dəfn edin” (rejissor İqor Konyayev) adlı tamaşa səhnələşdirilmişdir. Nənə rolunu canlandıran aktrisa Era Ziqanşina həmin roluna görə Sankt-Peterburqun ali teatr mükafatı olan Qızıl sofit mükafatına layiq görülmüşdür. 2008 – Krasnoyarsk Dram Teatrında “Məni döşəmə yaşmağının altında dəfn edin (Saşanın möcüzələr ölkəsində macəraları)” adlı tamaşa (rejissor aleksey Krikliviy). 2009 – Baltika evi teatrının tamaşasının televiziya versiyası hazırlanmışdır. 2009 – Sergey Snejkinin rejissorluğu ilə “Məni döşəmə yaşmağının altında dəfn edin” bədii filmi çəkilmişdir. 2010 – Litva Rus Dramatik Teatrında “Əclaf məhəbbət” () tamaşası (rejissor Aqnüs Yankyaviçüs) səhnələşdirilmişdir. 2010-cu ildə Dali Tamulyaviçüte adına peşəkar teatrlar festivalında tamaşa əsas mükafatı qazanmışdır. 2010 – Çelyabinsk Akademik Dram Teatrında “Məni döşəmə yaşmağının altında dəfn edin” (rejissor Oleq Plaskin) tamaşası səhnələşdirilmişdir. 2012 – Riqadakı Dayles teatrında «Apglabājiet mani zem grīdas» tamaşası (rejissor Reqnars Vayvars) səhnələşdirilmişdir. 2012 – Moskvadakı Nikitski qapısı teatrında “Məni döşəmə yaşmağının altında dəfn edin” (rejissor Mark Rozovski) tamaşası səhnələşdirilmişdir. 2014 – Qara kvadrat teatrının uşaq stusiyasında “Məni döşəmə yaşmağının altında dəfn edin” (rejissor Sergey Fedorçuk) tamaşası səhnələşdirilmişdir. İstinadlar

Xarici keçidlər

Kateqoriya:1996-cı ilin kitabları Kateqoriya:1996-cı ilin povestləri Kateqoriya:Rus dilində povestlər