Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir.Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib. science.gov.az saytı — 28.10.2021

Tarixi 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir.

Fəaliyyət istiqamətləri Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri.

Rəhbərləri Yusif Mirbabayev (1945—1951) Ağamusa Axundov (1990—2011) Tofiq Hacıyev (2014—2015) Möhsün Nağısoylu (2015–2021) Nadir Məmmədli

Nəşrləri "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası; "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə); "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə); "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə); "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə); "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə); "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır. Şöbələr

Azərbaycan dilinin tarixi şöbəsi Azərbaycan dilinin dialektologiyası şöbəsi Müasir Azərbaycan dili şöbəsi Nəzəri dilçilik şöbəsi Tətbiqi dilçilik şöbəsi Süni intellekt və kompüter dilçiliyi şöbəsi Qədim dillər və mədəniyyətlər şöbəsi Monitorinq və linqvistik təhlil şöbəsi Sosiolinqvistika və psixolinqvistika şöbəsi Türk dilləri şöbəsi Hind-Avropa dilləri şöbəsi Terminologiya şöbəsi İctimaiyyətlə əlaqələr şöbəsi Təhsil şöbəsi Eksperimental fonetik araşdırmalar laboratoriyası Toponimika şöbəsi Təchizat və xidmət şöbəsi Beynəlxalq əlaqələr şöbəsi Elmi nəşrlər şöbəsi

Mənbə Nəsimi adına Dilçilik İnstitutu İstinadlar

Xarici keçidlər Nəsimi adına Dilçilik İnstitutu Аzərbaycan Milli Elmlər Akademiyası AMEA Mərkəzi Elmi Kitabxanası AMEA Mərdəkan Dendrarisi AMEA İnformasiya Texnologiyaları İnstitutu

Kateqoriya:Azərbaycanın elmi-tədqiqat institutları Kateqoriya:1932-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Milli dil institutları Kateqoriya:İmadəddin Nəsiminin şərəfinə adlandırılmış yerlər