Mütərcim Mehmed Rüşdü Paşa (; ) — Sultan Əbdülməcid, Sultan Əbdüləziz, V Murad və II Əbdülhəmidin səltənətlərində 5 dəfə — ümumlikdə 2 il 1 ay 28 gün sədrəzəm olmuş Osmanlı dövlət xadimi.

Həyatı 1811-ci ilin fevralında Sinopun Ayancıq bölgəsində dünyaya gəldi. Atası Hacı Həsən ağa olub, əslən türkdür.Mehmed Süreyya, Sicill-i Osmanî yahut Tezkire-i Meşâhîr-i Osmaniyye, C 2, Matbaa-i Âmire, 1311, s. 386 Hələ 3 yaşında ikən ailəsi İstanbula köçdü və burada atası ticarətlə məşğul olmağa başladı. İstanbulun Topxana səmtində məskunlaşdılar və Mehmed Rüşdü ilk təhsilini bu səmtdəki sübyan məktəbində almağa başladı. Eyni zamanda məhəllə məscidində Quran dərsləri də aldı.Ahmed Rifat, Verdü'l-Hadâik, İstanbul 1866

1826-cı ildə baş tutan Vaka-yi Hayriyyə hadisəsindən sonra qurulan yeni orduya qatıldı və Topxanadakı yeddinci tərtib bölüyünə yazıldı. Hərbi təlimləri davam edərkən digər yandan da ərəbcə, farsca və fransızca dərsləri almağa başladı. Fransız dilindən verdiyi imtahanın ardından, daha çox əcnəbilərin yaşadığı İstanbulun Tarabya səmtindəki karakolda vəzifələndirildi.İbnülemin Mahmud Kemal İnal, Son Sadrazamlar, C. 1, Dergâh Yayınları, İstanbul 1982 Bu vəzifədə ikən sərəsgər Qoca Xosrov Paşanın vasitəsilə Sultan Mahmudun hüzuruna alındı və sorğu-sualın ardından fransız hərbi nizamnamələrin tərcüməsiylə vəzifələndirildi. Buradakı xidmətləri səbəbilə gələcəkdə Mütərcim ləqəbi aldı.

Mənbə

Ədəbiyyat

Buz, Ayhan (2009) "Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5 Kuneralp, Sinan (1999) Son Dönem Osmanlı Erkan ve Ricali (1839 - 1922) Prosopografik Rehber, İstanbul:ISIS Press, ISBN 9784281181 İnal, İbnülemin Mehmet Kemal, (1964) Son Sadrazamlar 4 cilt, Ankara: Millî Eğitim Basimevi, (Dergah Yayinevi 2002) Tektaş, Nazim (2002), Sadrâzamlar Osmanlı'da İkinci Adam Saltanatı, İstanbul:Çatı Yayınevi

İstinadlar

Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı sədrəzəmləri Kateqoriya:Səreskərlər Kateqoriya:Osmanlı marşalları Kateqoriya:Topxana müşirləri