Məmmədyar Cəfərov (tam adı: Məmmədyar Zəkəriyyə oğlu Cəfərov; 8 sentyabr 1946, Lənkəran) — Azərbaycan rəssamı.

Həyatı Məmmədyar Cəfərov 8 sentyabr 1946-cı ildə Azərbaycan Respublikası Lənkəran şəhərində anadan olub.1964-cü ildə Baki Medeni-Maarif texnikumuna daxil olmusdur ve təhsilini dayandirib, herbi xidmetə getmişdir. Hərbi xidmeti bitirdikden sonra təhsilini davam etdirib ve 1970-ci ilde orani bitirdikdən sonra Moskva Mədəniyyət İnstitutuna daxil olur.

Ailəsi Ailəlidir. 2 övladı, 4 nəvəsi var.

Fəaliyyəti 1970-ci ilden 1973-cü ile qədər Hüseyn Ərəblinski adına Lənkəran Xalq teatrında rəssam isləmisdir.1973-cü ilden Nəcəf bəy Vəzirov adına Lənkəran Dovlət Dram Teatrnin qrulus hissə müdiri, sonradan 2016-cı ile qədər Baş rəssam işlemisdir. Bu müddət ərzində yuzdən cox əsərlərdə qruluşçu rəssam kimi işləmişdir. Əsərlərdən Üzeyir Hacibəyovun olanlardan, keçənlərdən,Cəlil Məmmədquluzadənin Ölülər əsəri Azərbaycan Dövlət Televiziyasinin qızıl fondunda saxlanilir.

Rəsm əsərləri Türkiyə,Almaniya, ABS, Özbəkistan, Moldova, Rusiya, Iran və s. ölkələrin rəsm sərgilərində nümayiş etdirilir.

Mükafatları Dovlət sərgilərində Moskva Vednxa burunc medal, Moskva Monej diplom, Zaqafqaziya rəssamları sərgisində fəxri fərman diplomlarla təltif edilmişdir. Azərbaycan Respublikası Fəxri mədəniyyət işçisi döş nişanıhttp://lddt.info/2169-t601brik-edirik.html TƏBRİK EDİRİK!

Əsərləri

Həmçinin bax Azərbaycan rəssamları Lətif Kərimov Kamil Əliyev

İstinadlar

Xarici keçidlər "Dəmir qadın"nın premyerası olub Özbək pyesi Azərbaycan səhnəsində Lənkəran Dövlət Dram Teatrı Naxçıvanda qastrol səfərində olub