Asim Nazim oğlu Mollazadə () — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, tibb elmləri doktoru, Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, V, VI və VII çağırış deputatı.

Həyatı Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə–profilaktika fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ilin iyun–dekabr ayları–nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olmuşdur.

Siyasi fəaliyyəti 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuşdur.

1995-ci il parlament seçkilərində Asim Mollazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur. Beləliklə, Asim Mollazadə deputat seçilə bilməmişdir.

1994-cü ilin fevralından −1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti, 1998-ci ilin mayından etibarən – Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidentidir.

2000-ci ilin noyabrından 2005-ci ilin noyabrınadək – Milli Məclisin deputatı, Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü, 2001-ci ilin yanvarından 2005-ci ilin noyabrınadək – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü. AŞ PA-nın Yaxın Şərq altkomitəsinin sədri, monitorinq və siyasi komitələrinin üzvü. AŞ PA-nın Belorusiya üzrə məruzəçisi olmuşdur.

2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.

2024-cü il oktyabrın 8-də Azərbaycan–Yeni Zellandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının sədr müavini seçilib.

Mükafatları 50px (07.06.2013) — "Şöhrət" ordeni 50px (06.06.2023) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsinin sədr müavinləri Kateqoriya:Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvləri